SON XƏBƏRLƏR

İRANIN QARA GÜNÜ

2021.10.20, 07:36
İRANIN QARA GÜNÜ

Gunaz.tv
Ayətullah Müntəziri 3 günlük matəm elan edib İran müxalifətinin lideri Mirhüseyn Musəvi iyunun 22-də bəyanatla çıxış edərək tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Musəvi çağırışı İnternet saytında yerləşdirib. Prezidentliyə namizəd bildirib ki, etiraz aksiyaları “yalan və seçkilərdəki qanun pozuntularını” tənqid etmək üçün keçiriləcək. O, bunun bütün İran vətəndaşlarının hüququ olduğunu da vurğulayıb. Musəvi tərəfdarlarını hüquq-mühafizə orqanları ilə toqquşmalardan çəkinməyə də dəvət edib. Onun fikrincə, nümayişlər dinc xarakter daşısa, polis insanlara əl qaldırmayacaq. İran İslam Respublikasının tanınmış müxalif ruhanisi ayətullah Hüseynəli Müntəziri xalqa yazılı müraciət edərək son prezident seçkisinin nəticələrinə etiraz aksiyalarında həlak olanların xatirəsini anmaq, hökumətin dinc nümayişçilərə odlu silahdan atəş açmasına təpki göstərmək üçün 3 gün matəm eləməyə çağırıb. Son prezident seçkisinin rəsmi nəticələrinə görə ikinci yeri tutmuş Mirhüseyn Musəvi tərəfdarlarının Tehranda iyunun 20-də düzənlədiyi aksiya dağıdılarkən ən azı 19 nəfər həlak olub, yüzlərlə adam isə yaralanıb və ya həbs edilib. Təsdiq edilməmiş məlumatlarda ölənlərin sayının 150-yə yaxın olduğu bildirilir. “Media forum” saytının məlumatına görə, Müntəzirinin müraciətində deyilir: “Təəssüflər olsun ki, böyük xalqımız öz qanuni hüquqlarını müdafiə etmək üçün dinc yürüş keçirərkən zorakılıqlara məruz qalıb, döyülüb, qana bələnib. Mən hadisədə həlak olanların ailə üzvlərinə başsağlığı verib vətəndaşlarla həmrəy olduğumu bildirir, çərşənbə, cümə axşamı və cümə günlərini ümumi matəm günləri elan edirəm. Xalqa qarşı hər hansı zorakılıq göstərilməsini və ya xalqı qırmağı haram sayaraq bu hərəkətin islama tam zidd olduğunu bildirirəm”. Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə Xomeyniyə İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib... MUSAVAT.COM

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar