SON XƏBƏRLƏR

İran adlanan yerdəki vəziyyət bu gün Üləmalar Məclisində müzakirə olunacaq

2021.10.20, 07:36
İran adlanan yerdəki vəziyyət bu gün Üləmalar Məclisində müzakirə olunacaq

Gunaz.tv
Musəvi tərəfdarlarını sona qədər mübarizə aparmağa çağırıb 10:53 22-06-09 İranda 12 iyun prezident seçkisindən sonra yaranmış gərginlik bu gün sabiq prezident Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi Üləmalar Məclisində müzakirə olunacaq. "Mediaforum"un məlumatına görə, 86 ruhanini birləşdirən Üləmalar Məclisi rəhbərinin iyunun 20-də keçirilən aksiyalarda həbs olunmuş qızının və dörd qohumunun azadlığa buraxıldığı xəbər verilir. Son prezident seçkisinin rəsmi nəticələrinə görə ikinci yeri tutmuş Mirhüseyn Musəvi tərəfdarlarının Tehranda ötən şənbə düzənlədiyi etiraz aksiyası dağıdılarkən ən azı 19 nəfər həlak olub. Qeyri-rəsmi məlumatlarda ölənlərin sayının daha çox olduğu bildirilir. Hakimiyyətin qanlı repressiyalarına baxmayaraq M.Musəvi tərəfdarlarını sona qədər mübarizə aparmağa çağırıb. Bu arada əcnəbi jurnalistin saxlandığı haqda xəbər yayılıb. ABŞ-ın “Newsweek” jurnalının son 10 ildə İranda yaşayan müxbiri Məziyar Baharinin həbs olunduğu xəbər verilir. İyunun 14-dən – etiraz aksiyaları başlanandan bəri 23 yerli jurnalist və bloqçunun həbs edildiyi də gələn xəbərlər arasındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar