SON XƏBƏRLƏR

Müasir Müsavat Partiyası İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib

2021.10.20, 07:36
Müasir Müsavat Partiyası İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib

Gunaz.tv
Müasir Müsavat Partiyası (MMP) İran adlanan yerdə keçirilən seçkilərdən sonra Azərbaycanlılara qarşı başlayaq təzyiqlərə etiraz olaraq bu gün İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, aksiyaya icazə verilməsinə baxmayaraq, partiya fəalları yalnız səfirlik binasının yaxınlığındakı Axundov bağında toplaşa biliblər. Onların plakatlar qaldırmasına və şüarlar səsləndirməsinə imkan verilməyib. Polislə aparılan danışıqlardan sonra qətnamənin səfirliyə təqdim olunması barədə razılıq əldə edilib. Qətnamə partiya fəalları tərəfindən səfirliyə təqdim edildikdən sonra aksiya dinc şəkildə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar