SON XƏBƏRLƏR

Traxtor azarkeşləri yol qəzasında həyatını itirib

2025.03.08, 12:47
Traxtor azarkeşləri yol qəzasında həyatını itirib

Traxtorun Əl-Tavon ilə oyununu izləmək üçün Qoşaçaydan gələn iki azarkeş yol qəzasında həyatını itirib.

Gunaz.tv

Traxtor tərəfdarları, Əli Cəngi və Rübab Cəngi oyun başa çatdıqdan sonra, evlərinə qayıdarkən Təbriz Neft Emalı zavodunun yaxınlığında baş verən yol qəzasında həyatlarını itiriblər.

Hadisə zamanı maşında olan, Əli Cəngi və Rübab Cənginin oğlu Əlirza onurğa sütunundan xəsarət alıb və hazırda o Təbriz Şəhidlər Xəstəxanasındadır.

Qeyd edək ki, Güney Azərbaycanda yolların baxımsız durumda olması, eyni zamanda İran istehsalı olan avtomobillərin təhlükəsizlik standartlarından çox aşağıda olması yol qəzalarını insanlar üçün daha ölümcül edir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar