SON XƏBƏRLƏR

Amerika İranla əlaqədar İraqa sanksiya tətbiq edə bilər

2025.03.09, 18:19
Amerika İranla əlaqədar İraqa sanksiya tətbiq edə bilər

Amerika İraqa İrandan elektrik enerjisi almağa icazəni nəzərdə tutan qərarı ləğv edir.

Gunaz.tv

Dövlət Departamentindən bildirilib ki, Prezident Donalod Trampın maksimum təzyiq kampaniyası çərçivəsində Tehranın nüvə, raket proqramı və terrorçu qrupları maliyyələşdirməsinin qarşısını almaq üçün bu addım atılır.

İraq tezliklə İrandan elektrik enerjisi asılılığına son qoymağa çağırılıb. Amerika Milli Təhlükəsizlik Şurasından “Al Arabiya”-ya bildirilib ki, bu qərar Amerikanın milli təhlükəsizliyinə uyğun olaraq qəbul edilib.

Eyni zamanda bu qərarla İraqın elektrik enerjisi ilə təchizatında Amerika şirkətləri üçün yeni imkanların yaranacağı vurğulanıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar