SON XƏBƏRLƏR

Mir-Hüseyn Musəvi tərəfdarlarını etirazları davam etdirməyə çağırıb

2021.10.20, 07:36
Mir-Hüseyn Musəvi tərəfdarlarını etirazları davam etdirməyə çağırıb

Gunaz.tv
“Kütləvi həbslər cəmiyyətlə İran Silahlı Qüvvələri arasında uçurum yaradır” İranda keçirilmiş prezident seçkilərinin nəticələrinə görə məğlub elan edilmiş prezidentliyə namizəd, sabaq baş nazir Mir-Hüseyn Musəvi, tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə, lakin təmkini qorumağa çağırıb. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, müxalifət lideri, öz internet saytında yerləşdirimiş müraciətində İranın Silahlı Qüvvələrinin yeri doldurulmayacaq itkilərdən qaçmağa çalışacağına inandığını bildirib. Mir-Hüseyn Musəvi, tərəfdarlarının ötən iki gün ərzində həyata keçirilmiş həbsini pisləyir. Onun fikrincə, kütləvi həbslər cəmiyyətlə İran Silahlı Qüvvələri arasında uçurum yaradır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar