SON XƏBƏRLƏR

Rubio: Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır

2025.03.11, 11:00
Rubio: Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır

Amerikadan Ukraynaya hərbi tədarükün bərpası, eləcə də ona kəşfiyyat məlumatlarının verilməsi barədə qərar Amerika nümayəndə heyətinin Kiyev nümayəndələri ilə görüşdən “məmnun” çıxacağı təqdirdə qəbul edilə bilər.

Gunaz.tv

Bunu Amerika dövlət katibi Marko Rubio jurnalistlərə deyib.

“Sabah görək danışıqlar necə gedəcək. İclasdan məmnun çıxıb prezidentə hesabat verə bilsək, indiki pauza ilə bağlı qərarlar veriləcəyinə inanıram”, - Rubio vurğulayıb.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar