SON XƏBƏRLƏR

Məşhur Güney Azərbaycanlı dağçı Elnaz Rekabi İrandan mühacirət edib

2025.03.11, 11:05
Məşhur Güney Azərbaycanlı dağçı Elnaz Rekabi İrandan mühacirət edib

Zəncandan olan tanınmış türk dağçı Elnaz Rekabi İrandan mühacirət edib.

Gunaz.tv

Elnaz Rekabinin qardaşı Davud Rekabi dünən, bazar ertəsi İnstaqram səhifəsində bacısına müraciət edərək "Harda olursan ol, torpaq sənin evindir, bacım, get və parla!" sözlərini yazıb.

Elnaz Rekabinin uğurları arasında daxili və beynəlxalq yarışlardan bir neçə dünya titulları, o cümlədən 2017-ci ildə qadınlar arasında Bouldering Asiya Kubokunda qızıl medal var.

Xanım Rekabinin adı Güney Koreyada keçirilən qayayadırmanma üzrə Asiya çempionatının finalında hicabsız görünməsindən sonra gündəmə gəlib.

Onun hicabsız görüntüləri beynəlxalq mediada geniş şəkildə dərc edildikdən sonra xanım Rekabi İran hökumətinin təhlükəsizlik agentləri tərəfindən təzyiqlərə məruz qalıb.

Azərbaycanlı və Türk əsilli bu idmançı daha əvvəl 2023-cü ilin martında İspaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak etmək üçün ölkəni tərk etməyi planlaşdırmışdı, lakin onun ölkədən çıxışına icazə verilməmiş və pasportunun əlindən alındığı barədə məlumat verilmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar