SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir

2025.03.15, 11:35
Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir

Qərbi Azərbaycanda Novruz bəhanəsi ilə təxribatlarını davam etdirən kürd terror qruplaşmaları öz tərəfdarlarını Kürd terror qruplarının uniforması kimi tanınan “torpaq rəngli” paltarlarla Novruz mərasimlərində iştirak etməyə çağırmaqda davam edir.

Gunaz.tv

Sosial şəbəkələrdə yayımlanan videoların birində kürd terror qruplaşmalarının formasını geyinmiş bir qız martın 18-da kürdlərin bu xaki rəngli formaları geyinərək Urmiyəda küçələrə çıxmalı olduğunu vurğulayır.

Urmu Şəhər Şurasının yerli olmayan iki üzvü Sasan İbrahimzadə və Sadiq Təvəküli Urmuda Novruz mərasimi keçirmək üçün icazə aldıqlarını elan ediblər. Bundan sonra terror qrupları da kürdləri Novruz bayramı adlanan bu siyasi toplantıda iştirak etməyə çağırıblar.

İran rejimi bu təxribat xarakterli hərəkətlərinə əlavə olaraq, kürd terror qruplaşmalarının qaçaqmalçılıq fəaliyyətlərinə göz yumur və bu qruplaşmalara qanunsuz maliyyə axımına imkan yaradır. Bundan başqa rejim Qərbi Azərbaycanda əsas vəzifələri kürdlərə verməklə, Qərbi Azərbaycanı kürdləşdirməyə cəhd edir. Beleləliklə rejim Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasında sədd yaratmağa çalışır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar