SON XƏBƏRLƏR

Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir

2025.03.15, 13:22
Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir

Əhərin Şuşa kəndində 3000 illik kitabə İranın Mədəni İrs İdarəsinin rəsmilərinin səhlənkarlığı ucbatından dağılmaq təhlükəsi ilə üz-üzədir.

Gunaz.tv

Bu kitaba Qaradağ meşələrində, Şuşa kəndində yerləşir. Abidə eramızdan əvvəl 1-ci minillikdə hökm sürmüş ikinci Argiştiyə məxsusdur, kitabə mixi yazı ilə Urartu dilində yazılmışdır. Abidə 15 mart 2001-ci ildə dövlət qeydiyyatına alınmışdır.

Bu gün abidənin qeydiyyata alınmasının ildönümüdür və təəssüf ki, yerli mənbələr kitabənin məhv olmaq üzrə olduğunu deyirlər.

Qeyd edək ki, Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəsmisi abidəni yerində mühafizə etmək planlarının olduğunu, ancaq bunun işə yaramayacağı təqdirdə kitabənin muzeyə daşınacağını bildirmişdi, ancaq onun bu vədi indiyədək yerinə yetirilməmiş qalıb.

Xatırladaq ki, Gnüy Azərbaycanda yerləşən tarixi abidələr planlı olaraq baxımsız halda saxlanılaraq məhv edilir, ancaq ölkənin farslar yaşayan yerlərindəki abidələr isə buralara turist axını və iqtisadi artım gətirmək üçün rejim tərəfindən bərpa edilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar