SON XƏBƏRLƏR

Bəndər Deylam Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Əlixan” adlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə mane olub və onu başqa ad yazdırmağa məcbur edib

2025.03.20, 12:01
Bəndər Deylam Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Əlixan” adlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə mane olub və onu başqa ad yazdırmağa məcbur edib

Vətəndaş Qeydiyyatı Təşkilatı Buşehr əyalətinin Bəndər Deylam şəhərindən olan Əlixan adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib və ailəni yeni doğulan uşaq üçün başqa ad seçməyə məcbur edib.

Gunaz.tv

Uşağın anası İlahə xanım bu barədə Balamın Adı kampaniyasına danışıb.

Onun dediyinə görə, Bəndər Deylam Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları bildiriblər ki, bu ad Vətəndaşlıq Qeydiyyatı Təşkilatının ad sistemində olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklər.

"Vətəndaşlıq qeydiyyatı rəsmiləri əvvəlcə dedilər ki, Əlixan adına verilmiş başqa doğum haqqında şəhadətnamə tapsanız, körpənizə eyni adla doğum şəhadətnaməsi verəcəyik. Balamın Adı kampaniyasının köməyi ilə üzərində Əlixan adı olan iki doğum haqqında şəhadətnamə nüsxəsi tapıb təqdim etdik. Amma rəsmilər bu adı qeydiyyatdan keçirməkdən yenə imtina etdilər və bu dəfə Əlixan adının qeyd olunduğu kitab (adlar lüğəti) tapmalı olduğumuzu bildirdilər." - deyə İlahə xanım bildirib.

Qeyd edək ki, Vətəndaşlıq Qeydiyyatı İdarələri fərqli üsullarla, süründürməçilik yolları ilə ana-ataları bezdirməyə və uşaqlarına Türk adları seçməkdən çəkindirməyə çalışırlar. Doğum haqqında şəhadətnaməyə sahib olmayan uşaqlar peyvənd ola bilmədiyinə, quru süd  payı ala bilmədiyinə görə, bir çox valideynlər uşaqlarının sağlamlıqlarına görə narahat olduqları üçün, bəzən illər sürən mücadiləyə girməkdən çəkinir və rejimin təklif etdiyi qeyri-türk adlarını seçməyə məcbur olurlar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar