SON XƏBƏRLƏR

Kreml: Rusiya və Amerika arasında danışıqlar yaxın günlərdə baş tuta bilər

2025.03.20, 14:21
Kreml: Rusiya və Amerika arasında danışıqlar yaxın günlərdə baş tuta bilər

Rusiya və Amerikanın texniki qrupları arasında danışıqlar həqiqətən də yaxın günlərdə, şərti olaraq gələn həftənin əvvəlində baş tuta bilər.

Gunaz.tv

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlarla bağlı son detallar hazırda razılaşdırılır.

Peskov yaxın günlərdə Rusiya və Amerika danışıqlarının digər məsələlərlə yanaşı, “Qara dəniz təşəbbüslərinin” yenilənməsinə də həsr olunacağını vurğulayıb.

Kreml sözçüsü Moskvanın Vaşinqtonla ekspertlər səviyyəsində danışıqların davam edəcəyinə ümid etdiyini söyləyib.

"Danışıqların ekspertlər səviyyəsində davam edəcəyini və yaxın günlərdə də davam edəcəyinə ümid edirik. Bu, müzakirə olunub. Xüsusilə, prezidentlər bu cür danışıqların zəruriliyindən danışıblar. Belə danışıqlarda ölkələri kimin təmsil edə biləcəyindən danışıblar. Bu mövzuya həqiqətən də toxunulub", - Kreml rəsmisi Rusiyanın əsas danışıqçısının kimin olacağı sualına cavabında bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar