SON XƏBƏRLƏR

Ərdəbildə türkcə təqvimlər paylanılıb

2025.03.21, 11:02
Ərdəbildə türkcə təqvimlər paylanılıb

Azərbaycan Milli Hərəkatının fəalları Yeni il və Bahar bayramı münasibətilə minlərlə türkcə təqvim çap edərək Ərdəbil şəhərinin hər yerində paylayıblar.

Gunaz.tv

Paylanmış türkcə təqvimlərdə “Bir Kimsənin üç yüz ilə bəlli olar kimliyi bir adıdır, bir dilidir, birdə onun geydiyi” və “yeni iliniz qutlu olsun” sözləri yazılıb.

Bu təqvimdə Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən, Urmu, Təbriz, Zəncan, Ərdəbil, Həmədan, Qəzvin, Ərak, Ənzəli, Astara, Bicar, Sunqur, Qurvə, Xoy, Daş makı, Sulduz və Salmas kimi şəhərlərin rəmzləri təsvir olunub.

Milli fəallar türk təqvimini təqdim edərək, qarşıdan gələn Yenigün Bayramını təbrik edib, bu qədim bayram və Azərbaycan xalqının adət-ənənələri ilə bağlı açıqlamalar verib, azərbaycançılığa diqqətin artırılmasının vacibliyini bildiriblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar