SON XƏBƏRLƏR

Amerika İran neftinin müştərisi olan Çin neft terminalına sanksiyalar tətbiq edib

2025.03.22, 12:07
Amerika İran neftinin müştərisi olan Çin neft terminalına sanksiyalar tətbiq edib

Amerika İran neftinin müştərisi olan Çin neft terminalına sanksiyalar tətbiq edib

Gunaz.tv

Amerika Dövlət Departamenti Çindəki Huaying Huizhou Daya Bay neft-kimya anbar terminalına İran xam neftinin alınması və saxlanmasına görə sanksiya tətbiq edib.

Eyni zamanda, Xəzinədarlıq Departamenti Çində yerləşən "Shandong Shouguang Luqing Petrochemical Company"ni yüz milyonlarla dollarlıq İran xam neftinin alınması və emalına görə sanksiya siyahısına əlavə edib.

Nazirliyin məlumatına görə, bu satınalmalara xarici terror təşkilatı olan Ənsar Allah (Husi) və İran Silahlı Qüvvələrinin Müdafiə və Logistika Nazirliyi ilə əlaqəli gəmilərdən neft tədarükü daxildir.

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında Amerikanın sanksiyalarına qarşı olduğunu bildirib və onları "birtərəfli, əsassız və qanunsuz" adlandırıb.

Amerika Maliyyə Nazirliyi həmçinin 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə də sanksiya tətbiq edib

 

C

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar