SON XƏBƏRLƏR

Ərdoğan Təbrizi türk dünyasının “mənəvi coğrafiyası” adlandırıb

2025.03.25, 10:19
Ərdoğan Təbrizi türk dünyasının “mənəvi coğrafiyası” adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Beştəpə kompleksində Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Təbrizi türk dünyasının “mənəvi coğrafiyası” adlandırıb.

Gunaz.tv

Ərdoğan görüşdə Çanaqqala döyüşünə toxunaraq deyib: Suriyadan Qəzzəyə, Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər mənəvi coğrafiyamızın dörd bir yanından şəhidlər Çanaqqalada bir yerdə dincəlir.

O, əlavə edib: “Çanaqqala ruhu bu həmrəyliyin və bu tale paylaşımının təcəssümüdür”.

Qeyd edək ki, Çanaqqala dastanı təkcə müasir Türkiyə ilə məhdudlaşmır; bu böyük döyüş sərhədləri aşaraq türk dünyasının ortaq qüruruna çevrilib. Bu savaşda müxtəlif diyarlardan çoxlu türk canlarını fəda etmişdir.

Çanaqqala Şəhidlik qəbiristanlığında Güney Azərbaycandan və Qaşqay türklərindən olan şəhidlərin məzarları da var.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar