SON XƏBƏRLƏR

Ərdoğanın Təbrizlə bağlı açıqlaması etirazlara səbəb olub

2025.03.27, 10:48
Ərdoğanın Təbrizlə bağlı açıqlaması etirazlara səbəb olub

Rəcəb Tayyib Ərdoğanın Təbrizi türk dünyasının mənəvi coğrafiyasının bir parçası adlandırması farslar və farsdilli media arasında geniş etirazlara səbəb olub.

Gunaz.tv

Rəcəb Tayyib Ərdoğanın açıqlamaları Güney Azərbaycanda və ümumiyyətlə, türk əsilli İran vətəndaşları arasında sevinclə qarşılansa da, farslar arasında ictimai rəy mənfi olub və sosial şəbəkələr təhüirlərlə dolub.

Belə ki, uzun müddətdir anti-türkçülük tarixi olan BBC Farsca telekanalı məsələ ilə bağlı xəbərində "İranın ərazi bütövlüyünə təhqir" başlığından istifadə edib. Əlavə olaraq İranşəhri irqçi qrupların yuvası kimi tanınan Mənoto TV bu xəbəri bəhanə edərək bir neçə gündür türklərə qarşı nifrət nitqi yayır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın açıqlamalarının Urmuda keçirilən böyük antiterror eyləmləri ilə üst-üstə düşməsi qarşı tərəfi daha da hiddətləndirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar