SON XƏBƏRLƏR

KİV: Tramp administrasiyası Ukrayna iqtisadiyyatına nəzarəti etmək istəyir

2025.03.29, 11:02
KİV: Tramp administrasiyası Ukrayna iqtisadiyyatına nəzarəti etmək istəyir

Amerika prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarətini təmin edəcək sazişi imzalaması üçün təkid edir.

Gunaz.tv

Bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə Amerika xüsusilə Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir metalları və liman tikintisində iştirakda birincilik əldə etməyə çalışır.

Qəzet qeyd edir ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.

Analitiklər deyirlər ki, Amerikanın yeni tələbləri xüsusilə prezident Donald Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.

Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində layihələrin siyahısını təqdim etməlidir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar