SON XƏBƏRLƏR

Tayvan Amerikanın rüsumlarını ədalətsiz adlandırıb

2025.04.03, 12:03
Tayvan Amerikanın rüsumlarını ədalətsiz adlandırıb

Amerikanın tətbiq etdiyi rüsumlar Birləşmiş Ştatlar və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir.

Gunaz.tv

Bunu Tayvanın ali inzibati orqanının rəsmi nümayəndəsi Li Hueyçji bildirib.

"Təklif olunan tarif dərəcəsi Amerika və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir və bu, Tayvana qarşı ədalətsizlikdir", - o qeyd edib.

Rəsmi nümayəndənin sözlərinə görə, ali inzibati orqanının rəhbəri Çjo Juntay ticari-iqtisadi danışıqlar üzrə ofisə bu yüksək tarif dərəcəsinin Tayvana qarşı əsassız və ədalətsiz olduğu bütün aspektləri dərhal təhlil etməyi, həmçinin Amerikanın ticarət nümayəndəsinə sərt mövqe bildirməyi və izahat tələb etməyi tapşırıb.

Çərşənbə günü Amerika Prezidenti Donald Tramp Avropa İttifaqı, Çin və Tayvandan idxal olunan mallara müvafiq olaraq 20%, 34% və 32% rüsum tətbiq edildiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar