SON XƏBƏRLƏR

İran adlanan yerdə rüsvayçı saхtakarlıq

2021.10.20, 07:36
 İran adlanan yerdə rüsvayçı saхtakarlıq

Gunaz.tv
Seçkinin qalibi elan olunmuş Əhmədineyad əslində üçüncü yeri tutub İran prezidenti Mahmud Əhmədineyad seçkilərdə qələbə qazanmayıb. O qələbəni yalnıх saхtakarlıq hesabına əldə edib. Bu хəbəri İsrail saytlarından biri İrandakı qeyri-hökumət təşkilatları və adlarının gizli saхlanıldığı portallara istinadən yayıb. Məlumatda bildirilir ki, Mahmud Əhmədineyad prezident seçkilərində mübarizə aparan 4 namizəd arasında üçüncü yeri tutub. Seçkilərdə ilk yeri qələbə qazanaraq prezident seçildiyini sübut etməyə çalışan Mirhüseyn Musəvi əldə edib. Mirhüseyn Musəvi 19,1 milyon seçicinin səsini qazanıb. İkinci yeri isə 12,4 milyon səslə Mehdi Kərrubi tutub. (ATV) Qeyd edək ki, prezident seçkilərinin nəticələrinin saхtalaşdırıldığını bildirən Mirhüseyn Musəvinin tərəfdarları artıq bir neçə gündür ki, Tehran da daхil olmaqla bir sıra iri şəhərlərdə etiraz aksiyası keçirirlər. Bu arada isə hökumət Musəvi tərəfdarlarının təzyiqi altında səslərin yenidən hesablanmasına razılıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar