SON XƏBƏRLƏR

İran müxalifəti həbsdəki müxalifətçilərin azadlığa buraxılmasını tələb edir

2021.10.20, 07:36
İran müxalifəti həbsdəki müxalifətçilərin azadlığa buraxılmasını tələb edir

Gunaz.tv
Mir-Hüseyn Musəvi, tərəfdarlarını Tehranın mərkəzində mitinq keçirməyə və ya məscidlərin qarşısına toplaşmağa çağırıb İran müxalifəti hakimiyyətdən həbsdəki mübarizə yoldaşlarının azadlığa buraxılmasını tələb edib. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi və islahatçı namizəd Mir-Hüseyn Musəvi Ədliyyə Nazirliyinə müraciət edərək, İslam Respublikasının dayaqlarını sarsıdan əsassız repressiyaya son qoyulmasının vacibliyini bildiriblər. Onları nüfuzlu ilahiyyatçı, uzun müddət müxtəlif məhkəmə instansiyalarına rəhbərlik etmiş ayətullah Abdel Kərib Ərdəbili də dəstəkləyib. O, hüquq-mühafizə orqanlarını təmkinli olmağa çağırıb və dinc nümayişlərin iştirakçılarına qarşı güc tətbiqinin yolverilməz olduğunu bildirib. Bu aradan isə regional müşahidəçilər hesab edir ki, islahatçılar tərəfindən başlanan etiraz dalğaları zəifləməkdədir. Ötən gün Tehranın mərkəzi meydanındakı mitinqdə onlarla adamış iştirak etdiyi bildirilir. Lakin bu fakt Mir-Hüseyn Musəvini pərt etməyib. O, bu günü bazar ertəsi keçirilmiş mitinqdə həlak olanların matəm günü elan edib. Liberalların 67 yaşlı lideri, tərəfdarlarını paytaxt mərkəzində mitinq keçirməyə, maneə ilə rastlaşacaqları təqdirdə məscidlərin qarşısına toplaşmağa çağırıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar