SON XƏBƏRLƏR

İran futbolçuları Musəviyə dəstək bildiriblər

2021.10.20, 07:36
İran futbolçuları Musəviyə dəstək bildiriblər

Gunaz.tv
Komandanın kapitanı Məhdəvikiya oyun ərzində qolundan yaşıl sarğını çıxarmayıb İran milli futbol komandasının altı üzvü Seulda Cənubi Koreya millisi ilə oyuna qollarına yaşıl lent bağlayaraq çıxıb. Onların bununla İran prezident seçkilərində müxalifətin namizədi Mir Hüseyn Musaviyə dəstək bildirdiklərini güman edilir. Fasilə zamanı onlardan beşi sarğını çıxarsalar da, kapitan Mehdi Məhdəvikiya sona kimi yaşıl lentlə oynayıb. Dünya Kubokunun seçmə matçı İran dövlət televiziyası ilə canlı yayımlanıb. Seulda olan iranlı azarkeşlər də bu imkandan istifadə edərək, İranda seçki saxtakarlığı iddiaları ilə bağlı etiraz bildiriblər. Onlar üzərində "Cəhənnəm ol, diktator", "Həmvətənlilər biz sizinləyik" sözləri yazılmış bayraqlar yelləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar