SON XƏBƏRLƏR

Tayvanın yüksək rütbəli təhlükəsizlik rəsmisi Amerikaya gedib.

2025.04.05, 11:45
Tayvanın yüksək rütbəli təhlükəsizlik rəsmisi Amerikaya gedib.

Tayvanın Milli Təhlükəsizlik Şurasının rəhbəri prezident Donald Tramp administrasiyası ilə danışıqlar aparmaq üçün Amerikaya gəlib.

Gunaz.tv

Bu həftənin əvvəlində Çin ordusu Tayvan ətrafında iki günlük müharibə oyunlarını başa vurdu. Oyunlar zamanı Şərqi Çin dənizində canlı-atəş təlimləri keçirildi.

Öz növbəsində Tayvan və Amerika isə Çinin keçirdiyi bu geniş hərbi təlimləri gərginliyin artırılmasına cəhd kimi qiymətləndirərək pislədilər.

Qeyd edək ki, hazırda Donald Trampın tətbiq etdiyi tariflər və yarımötürücülərin istehsalı sahəsində bəzi anlaşılmazlıqlar yaşansa da Tayvanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Trump administrasiyasının Tayvana dəstəyinin "çox güclü" olaraq qaldığını söyləyib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar