Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Amerika dövlət katibi Marko Rubio bu həftə Prezident Donald Trampın televiziyada dediyini təkrarlayıb: Amerika NATO-ya, blokun nizamnaməsinin 5-ci maddəsinə tam sadiqdir", - M.Rutte qeyd edib.
O bildirib ki, bu, Amerikanın nüvə çəkindirməsi vasitəsilə NATO ərazisinin, o cümlədən təşkilatın Avropa hissəsinin əsas zəmanətçisi olduğunu özündə ehtiva edir.
"Avropalı həmkarlarımı televizoru açmağa və NATO ilə bağlı müzakirələr aparılanda Amerika rəhbərliyinin fikirlərini dinləməyə çağırıram", - M.Rutte vurğulayıb.
C