SON XƏBƏRLƏR

İran adlanan yerin müxalifəti matəm yürüşünə çıxacaq

2021.10.20, 07:36
İran adlanan yerin müxalifəti matəm yürüşünə çıxacaq

Gunaz.tv
İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi iyunun 18-ni Tehranda ölən tərəfdarlarının xatirəsinə matəm günü elan etməyi təklif edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət həmin günü aksiya keçirməyə də hazırlaşır. Aksiya iştirakçıları Tehran küçələri ilə dinc yürüş keçirərək ölənlərin xatirəsini yad edəcəklər. Qeyd edək ki, Musəvi bundan əvvəl tərəfdarlarını qanlı toqquşmalardan çəkinmək üçün etiraz aksiyaları keçirməməyə çağırmışdı. Hələlik ölənlərin dəqiq sayı bilinmir. Rəsmi versiyaya görə, hərbi posta hücum edən 7 nəfər güllələnib. Müxalifət isə ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar