SON XƏBƏRLƏR

Yeni texnologiyalar İran adlanan yerin etirazlarının əsas təşkilatçısıdır

2021.10.20, 07:36
Yeni texnologiyalar İran adlanan yerin etirazlarının əsas təşkilatçısıdır

Gunaz.tv
Tvitter saytına yazan iranlılar baş verənlərə münasibət bildirirlər BBC-yə İrandakı vəziyyət barədə böyük sayda elektron məktublar gəlir. Orta hesabla saatda bir neçə yüz. Bundan başqa hadisə yerində olanlar həm BBC-yə, həm də başqa mətbuat orqanlarına böyük sayda fotoşəkil və videokadr göndərirlər. Ümumiyyətlə, cib telefonlarının kameralarıyla çəkilən kadrların youtube, facebook və tvitter kimi internet saytlarında yerləşdirilməsi, İran rəhbərliyinin baş verənlərin dünya ictimaiyyətindən mümkün qədər gizlin saxlamaq arzusunu heç edib. Bundan əlavə, SMS, elektron məktub, tanışlıq şəbəkələrinin köməyilə, ələxüsus gənc iranlılar, etiraz aksiyalarının təşkilini asanlaşdırır, harada görüşüb, hara gedəcəklərini müzakirə edirlər. BBC-yə Qəzvin şəhərindən göndərilmiş videoada bir neçə yüz tələbənin zalda aksiya keçirdiyi göstərilir. Onlar başqa tələbələri bu yolla tədbirə qoşulmağa çağırırlar. Eyni mənzərəni şimal-şərqdəki Məşəd şəhərində seyr etmək olar. Hər gün BBC-yə 100-lərlə belə videoyazı gəlir. Elektron məktub, fotoşəkillərin sayı-hesabı yoxdur. Araş adlı iranlı BBC-nin fars dilində telekanalına İsfahandan zəng edərək baş verən nümayişləri təsvir edir. O deyir ki, problemlərin həll edilməsində təkcə Musəviyə bel bağlamaq olmaz: "Adamlar Musəvini lider seçiblər və ondan çox şey gözləyirlər. Lakin Musəvi bizim arzuları çin edə bilməz. Gənclərin çoxu azadlıq istəyirlər. Onlar heç də Musəviyə görə bu nümayişlərə getmirlər. Adamları küçələrə çıxaran qəzəb hissisidir. " Müşahidəçilər müasir görkəmli, yeni texnoloji vasitələrdən asanlıqla baş çıxaran gənc İran vətəndaşları ilə, əmammə qoyan, uzunsaqqallı dindar rəhbərlik arasındakı kəskin təzadın bu günlərdə xüsusilə kəskin surətdə gözə çarpdığını qeyd edirlər. Əhəmiyyətli sayda iranlı BBC-yə zəng edərək, prezident seçildiyi elan edilmiş Əhmədinejada da dəstək bildirir. Amma çox adam seçkilərin keçirilməsi tərzindən narazıdır və yeni seçkilərin keçirilməsini tələb edirlər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar