SON XƏBƏRLƏR

Tehranda yeni etiraz nümayişi

2021.10.20, 07:36
Tehranda yeni etiraz nümayişi

Gunaz.tv
On minlərlə adam yenidən Tehran küçələrinə çıxaraq seçkilərin nəticələrinə etiraz bildiriblər. Bundan əvvəl, müxalifətin namizədi Mir Hüseyn Musavi dinc nümayişlərin davam etdirilməsinə səsləyib. Cümə axşamı etiraz aksiyasının bundan da iri olacağı ehtimal edilir. Cənab Musavi deyib ki, həmin gün bazar ertəsi həlak olanların xatirəsi günü kimi qeyd olunacaq. Müxalifət tərəfdarları çərşənbə günü Tehranın mərkəzində toplaşıblar. BBC müxbiri Con Layn xəbər verir ki, iştirak edənlərin sayı barədə dəqiq məlumat vermək çətindir. İran rəsmiləri BBC və digər xarici mətbuat orqanlarının fəaliyyətini məhdudlaşdırıblar. Müxbirlərə icazəsiz aksiyaları işıqlandırmaq və Tehranda sərbəst hərəkət etmək qadağan edilib. Lakin onların dedikləri və ya yazdıqları senzura edilmir. Con Layn deyir ki, bəzi təxminlərə görə nümayişdə 70-100 min adam iştirak edir. Digər məlumatlarda 150 min rəqəmini görmək olar. Müxbirimiz deyir ki, müxalifət cümə axşamı daha qəti tədbirlər görə bilər. Cənam Musavi Asoşieyted Press tərəfindən yayılan məlumata əsasən deyib: "Biz seçkilərdə qeyri-sağlam təmayülə qarşı dinc etiraz etmək istəyirik. Məqsədimiz seçkilərin nəticələrinin ləğvinə nail olmaqdır." Məlumatlara əsasən, nümayişçilər səssiz aksiya keçirərək, hakimiyyət dairələrinə zorakı tədbir üçün əsas vermək istəmirlər. Müxbirimiz deyir ki, hökumət nümayişləri gözdən salmaq üçün qarşıdurmaya aparan tədbirlərə əl ata bilər. Gün ərzində aşağıdakı hadisələr baş verib: - İran milli futbol komandasının C. Koreya ilə Seulda keçirilən matçında 6 iranlı futbolçu yaşıl rəngli qol lenti taxmaqla, cənab Musəviyə dəstək bildirib. - İki islahatpərəst sima, qəzet redaktoru Səid Laylaz və jurnalist Həmid Rza Calaypur həbs edilib. - İnqilab Keşikçiləri Şurası İranda gərginlik yaradan "fitnəkar" internet saytlarına qarşı cəza tədbiri görməklə hədələyib. - Gecə ərzində İranın Basıc adlı könüllü silahlı dəstələri bir neçə şəhərdə tələbə yataqxanalarına hücumlar ediblər. Bax - http://news.bbc.co.uk/1/hi/world/middle_east/8104466.stm bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar