SON XƏBƏRLƏR

İran adlanan yerdə baş verən iğtişaşların təşkilatçılarını ölüm hökmü gözləyə bilər

2021.10.20, 07:36
İran adlanan yerdə baş verən iğtişaşların təşkilatçılarını ölüm hökmü gözləyə bilər

Gunaz.tv
İsfahan Ostanının prokuroru Məhəmməd Həbibi bildirib ki, səbəb iğtişaşların təşkilatçılarının xaricdən idarə olunmasıdır «İranda baş verən iğtişaşların təşkilatçılarını ölüm hökmü gözləyə bilər». Bu bəyanatla İsfahan Ostanının prokuroru Məhəmməd Həbibi çıxış edib. Məhəmməd Həbibinin verdiyi məlumata görə, iğtişaşların təşkilatçıları xaricdən idarə olunurlar və buna görə də İslam respublikasının qanunlarına əsasən edam edilə bilərlər. Prokuror həmçinin qanun sərt üzünü göstərmədən etirazçıları aksiyaları dayandırmağa da çağırıb. Bu arada İran prezident seçkilərindən sonra baş verən hadisələrlə yanaşı həmçinin öz nüvə proqramı ilə də yenidən dünyanın diqqət mərkəzinə gələ bilər. Belə ki, Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin sədri Məhəmməd Əl Baradeyi İranın nüvə silahı hazırlamaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, rəsmi Tehranın nüvə silahı istehsal etmək texnologiyasına sahib olmaq isətəməsi regionda əsas güc mərkəzinə çevrilmək niyyətində olması ilə əlaqədardır. Məhəmməd Əl Baradeyi həmçinin qeyd edib ki, İran nüvə texnologiyası Amerika Birləşmiş Ştatlarından gələ biləcək hər hansı bir hədəyə qarşı sığorta mahiyyəti də daşıyır. Təşkilat sədrinin sözlərinə görə, Tehran bununla istədiyi halda nüvə silahı hazırlaya biləcəyi mesajını vermək istəyir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar