SON XƏBƏRLƏR

QƏTLƏ YETİRİLMİŞ 5 TƏLƏBƏNİN GİZLİ BASDIRILDIĞI, ŞİRAZDA İSƏ DAHA 2 TƏLƏBƏNİN ÖLDÜRÜLDÜYÜ BİLDİRİLİR

2021.10.20, 07:36
QƏTLƏ YETİRİLMİŞ 5 TƏLƏBƏNİN GİZLİ BASDIRILDIĞI, ŞİRAZDA İSƏ DAHA 2 TƏLƏBƏNİN ÖLDÜRÜLDÜYÜ BİLDİRİLİR

Gunaz.tv
Tehran Universitetinin tələbə yataqxanası - hökumət qüvvələrinin hücumundan sonra İran adlanan yerdə islahat tərəfdarı olan ən iri tələbə təşkilatı - Vəhdəti Möhkəmləndirən Qurum iyunun 17-də bəyanatla çıxış edib. “Media forum” saytının məlumatına görə, bəyanatda sonuncu prezident seçkisinin nəticələrinə etiraz olaraq üç gün əvvəl Tehran Universitetində aksiya keçirən və hökumət qüvvələrinin silahlı hücumu zamanı aldığı yaralardan keçinən 5 tələbənin gizli şəkildə basdırıldığını bildirib. Öldürülən tələbələrdən (Fatimə Bərati, Kəsra Şərəfi, Mobina Ehtirami, Kambiz Şüai və Möhsün İmani) birinin valideynlərinə istinadla qeid olunub ki, onlar öz ovladlarının meyitini təhvil almaq üçün bir sıra hökumət orqanına müraciət ediblər, əvvəlcə onlara rədd cavabı verilib, sonradan isə bildirilib ki, ölənlər artıq basdırılıb. Bəyanatda həmçinin seçkinin rəsmi nəticələrinə etiraz edən Şiraz Universiteti tələbələrinin də iki gün əvvəl silahlı hökumət qüvvələrinin hücumuna məruz qaldığı, odlu silahdan tələbələrə atəş açıldığı, 2 tələbənin yerindəcə həlak olduğu xəbər verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar