SON XƏBƏRLƏR

Iranda seçkilərdə saxtakarlıq, dini baxımdan vacib sayılır

2021.10.20, 07:36
Iranda seçkilərdə saxtakarlıq, dini baxımdan vacib sayılır

Gunaz.tv
Babək Azəri: «Dini xadimlər xalqı aldadır ki, seçkilərdə saxtakarlıq etmək cənnətin qapısın üzümüzə açır» Iyunun 13-də ran Islam respublikasında növbəti prezident seçkiləri keçirildi. Iran prezidenti Mahmud Əhmədinecat yenidən prezident seçildi. Bu isə Iranda böyük aqressiya ilə qarşılandı. Prezident seçkilərinin ədalətsiz keçirildiyini deyən tələblər etiraz aksiyasına başlayıb. Bu isə 2003-cü il oktyabrın 15-də Azərbaycanda baş verən qanlı olayın təkrarlanması ilə nəticələnib. Yəni Bakıda 15 oktyabrda polisin və qara maskalıların etirazçıları vəhşicəsinə döyməsi bu gün Iranda təkrarlanır. Müsahibimiz Isveçdə yaşayan türk qardaşımız Babək Azəridir. Bildiyiniz kimi o, Iranda doğulub və 17 yaşından sonra ölkəsini tərk edib. Bizi isə ilk növbədə Irandakı prezident seçkiləri zamanı azərilərin mövqeyi maraqlandırır - Ümumi halda Güney Azərbaycanın milli hərəkatına aid olan təşkilatlar Iranda seçki oyunlarını baykot etdilər. O cümlədən, GAMOH təşkilatı Güney Azərbaycanın Milli Dirəniş təşkilatı, Istiqlal Partiyası, DAK təşkilatı, Federal Demokrat Hərəkatı, Güney Azərbaycanın Diplomatik Komisyonu və Güney Azərbaycanın Demokrat Pariyası haqqında söhbət gedən məsələ ətrafında birmənalı şəkildə qəti mövqe göstərdilər. - Niyə görə siz adını çəkdiyiniz təşkilatların bəziləri seçkilərə 3… 4 gün qalmış münasibət bildirdilər? - Bəzi təşkilatlar, məsələn, Istiqlal Partiyası və ya Güney Azərbaycanın Milli Dırəniş Təşkilatı çox tez münasibət bildirdilər. Amma bəzi təşkilatlar, o cümlədən, Federal Demokrat Hərəkatı seçkilərə ancaq bir neçə gün qalmış öz mövqeylərinə aydınlıq gətirdilər. Onların fikrinə görə, seçki oyununu baykot etmədə heç şübhələri olmayıb. Onlar belə hesab edilər ki, Iranda prezident seçkisi və namizədlərin arasında olan ciddi təzadlardan millətçi qüvvələr faydalanıb, milli hərəkatımıza təbliğat aparalar. Əgər onlar çox tez seçkilərı boykot etsəydilər, bu iş onların fəaliyyətinə mane ola bilərdi. Hər halda, bu izahat qane edicidi, ya yox, bu olanların sözüdür. - Iran rejiminə aid olan xəbər qaynaqları belə məlumat yayırlar ki, Iranda, o cümlədən, Güney Azərbaycanda çox sayda xalq bu seçkilərdə iştirak edib və əksəriyyət Əhmədinejada səs verib. “Haray, haray, mən TÜRKƏM!” Iran rejiminə aid olan xəbər qaynaqları Iran hökumətinin müxtəlif dairələrinə istinad edib çox fərqli və eyni zamanda bir-biri ilə təzad təşkil edən rəqəmlər verirlər. Bəzi yerlərdə iddia olunur ki, guya təbrizlilərin 70 faizi Əmədinijada səs veriblər. Amma digər yerlərdə belə məlumat verilir ki, təbrizlilərin 50 faizi Əhmədinejada səs verib. Ən maraqlısı bundan ibarətdir ki, o biri tərəfdən Mirhüseyn Musəvinin tərafdarları iddia edirlər ki, Güney Azərbaycanlıların 70 faizi Mirhüseyn Musəviyə səs veriblər. Belə olan vəziyyətdə bu rəqəmlərin hər hansı birinə inanmaq ağılsızlıqdır. Milli fəalların verdiyi məlumata görə, güney azərbaycanlıların əksəriyyəti prezident seçkilərini boykot ediblər. Bizim əlimizdə konkret məlumat var ki, Irandakı prezident seçkiləri ilə bağlı onlarla milli fəal həbs olub və onlarla yurddaşımız bədən xəsarəti görüb. Güney Azərbaycanın müxtəlif şəhərlərində seçki oyununa qarşı yurddaşlarımız etiraz aksiyaları keçiriblər. Onlar uca səslə “Haray, haray, mən türkəm!”, “Ölüm olsun faşistə”, “Ölüm olsun diktatora” şüarların hayqırıblar. Bu barədə bizim əlimizdə video görüntülər var ki, iddiamızı sübut edir. - Iranda seçki necə həyata keçırilir? - Iran daxili işlər nazirliyinin əsas vəzifələrindən birisi də seçkiləri hayata keçirməkdir. Amma Iran Ana Yasasının 99-cu maddəsində qeyd olunub ki, Keşikçi Şurası gərək seçkilərə nəzarət etsin. Keşikçi Şurası Iranda seçkilərin hayata keçirilməsinə, səslərin sayılmasına nəzarət edir, bundan da əlavə seçkilərlə bağlı şıkayətlərə baxma və seçkilərin nəticəsin təsdiqləmə onun vəzifəsi sayılır. Əməldə Iran daxili işlər nazirliyi Keşikçi Şurasının qolu kimi fəaliyyət göstərir. Ounun əsas vəzifəsi Keşikçi Şurasının nəzarəti altında fəaliyyət göstərib və onun fərmanlarını icra etməkdir. Keşikçi Şurası 12 üzvdən ibarətdir və onun 6 üzvü dini xadimdir. Onları dini rəhbər, yəni Xamneyi təyin edir. Amma qalan 6 nəfəri Ədliyyə Naziri təklif edir və məclisin təsdiqi ilə adı çəkilən şuraya üzv seçilirlər. Bu formada milyonlarla insanın səslərinə nəzarət etmək, tanınmış domokrat normalara uyğun gəlmir. Elə Iran rejiminə aid olan xəbər qaynaqları da belə xəbər yayırlar ki, Iranda, o cümlədən, Güney Azərbaycanda çox sayda xalq bu seçkilərdə iştirak edib və əksəriyyət Əhmədinejada səs verib. “Iranda seçkini ruhanilər saxtalaşdırır” Bu səbəbə görə də Irandakı prezident və ya məclis seçkilərində dəhşətli saxtakarlıqlar baş verir. Xüsusən də Iranın bəzi fars millətindən olan ruhaniləri bu düşüncədədirlər ki, əgər islamın xeyrinə olsa, səslərin sayına əl aparıb, dəyişmək olar. Başqa sözlə, onlar seçkilərdə saxtakarlığı bəzi hallarda bir savab işi sayırlar və savab işlə onların cənnətə getməsi rahatlaşır. Bir neçə gün öncə ayətullah Mesbah Yazdi fitva verib və səslərin Əhmədinijad xeyrinə dəyişilməsin Islam nəfinə olduğun bildirib. Siz nəzərə alın ki, Keşikçi Şurasının əksəriyyəti ruhanidirlər - belə bir fitva onlarin üstündə çox təsir qoyub və seçkilər onların əli ilə saxtalaşdırılır. Dini xadimlər xalqı aldadır ki, seçkilərdə saxtakarlıq etmək cənnətin qapısın üzümüzə açır. - Mümkünsə, bu fitva barəsində ətraflı məlumat verin. - Milliyyəti fars olan ayətullah Mesbah Yazdi Iranın ali din xadimlərindən biri sayılır, o dini öyrətmən xebrəgan məclisinin üzvi, mədəni inqilabının ali şurasının üzvi və “Imam Xumeyni” adli təlim və araşdırma mərkəzinin rəhbəridir. O, eyni zamanda Əhmadinijadı himayə edir. Seçkilərdən bir neçə gün öncə onda belə bir nigarançılıq vardı ki, Əhmədinijad seçilməyəcək. Elə bu səbəbə görə, seçkilərin məsullarına bir məktub yazıb. O, öz məktubunda Quranın Bəqərə surəsindən 249-cu ayəni şərh edib. Bu ayədə qeyd olunur ki, Talutun ordusu Calutun ordusuyla savaşa gedəndə onlar bir çay başına çatırlar və Talut öz ordusuna deyir ki, Allah sizi imtahan edir, bu sudan içməyin. Ordunun əksəriyyəti onun sözünə baxmır və sudan içərək onu tərk edirlər. O, az sayda qalan ordusuyla Calutun çox sayda olan ordusu ilə üzləşəndə bəziləri deyir ki, biz neçə çox sayda olan düşmənə qalib gələ bilərik? Amma Allahın ümidinə inam bəsləyənlər, deyirlər ki, əgər Allah istəyirsə, az sayda olanlar çox sayda olan düşmənə qalib gələ bilər. Ayətullah Mesbah Yazdi bu ayəni şərh edəndən sonra, seçki məsullarına xatırladır ki, əgər bir fərdin prezident seçilməsi islam dininin dəyərlərini Fələstində, Livanda, Venesuellada təhlükəyə salırsa, ona səs vermək haramdı və seçki məsullarının dini vəzifəsidir ki, o fərdi kənara ata, əldən çixma vəziyyətində olanı yenidən əldə saxlaya. Ayətullah Mesbah Yazdinin son cümləsindən, yəni əldən çixma halında olanı yenidən əldə saxlayaq, deməsində əsas məqsəd Əhmədinijaddır. Onun 4 illik prezident müddəti başa çatıb və o, seçki məsullarına məsləhət verir ki, onun əldən çıxmasına mane olalar. Iran daxli işlər nazirliyinin işçiləri bu fitvayla əlaqədar bir açıq məkub yazıb və seçkilərdə saxtakarliqla baqlı xəbərdarlıq vermişdilər. - Iranın xəbər agentlikləri elan ediblər ki Əhmədinejad 24 milyondan artıq səslə yenidən prezident seçilib, onun rəqibi Mirhüseyn Musəvi seçkilərdə saxtakarlıq olduğunu iddia edir. Siz seçkilərlə bağlı bir neçə konkret misal çəkə bilərsinizmi? Əhmədnecadı yer üzündə olmayan kəndlilər niyə “çox sevir” - Iranda Əhmadinijad prezident seçiləndən sonra hökumət orqanı sayılan idarəçilik və planlaşdırma təşkilatının fəaliyatinə son qoymuşdu. Adi çəkilən təşkilat Iranın kəndlərində yaşayan əhalinin sayı barəsində 1976-cı ildə və 2006-cı ildə statistik məlumat verib. Prezident seçkiləri ilə bağlı seçki məsulları 1976-cı ildə verilən məlumatı nəzərə alıb və kəndlərə səs sandığı göndəriblər. Amma 1976-cı ildən bəri, yəni 30 ilin ərzində Iranda çoxlu kəndlər aradan gedib. Məsələn, 2006-cı ildə verilən statiskataya nəzər salanda məlum olur ki, Təbrizin ətrafında yerləşən 60 kənd artıq yoxdur. Amma seçki məsulları bu aydın faktı nəzərə almırlar, onlar ancaq 1976-cı ildə verilən statistikanı əsas götürürlər. Iranda 200 əsas şəhər var, fərz edin hər şəhərlə bağlı köhnə statistikaya dayanıb 50 kənd 400 nəfər əhalini artıq hesablayırlar. Əgər 200 nəzərdə tutsaq, onu 50-yə vursaq və onda bu edəcək 4000000 nəfər saxta səs. Elə bu səbəbə görə də, təəccüb yeri yoxdur ki, Əhmədinejad tez-tez iddia edir ki, kəndlilər məni çox sevirlər. - Babək bəy, Azərbaycanda prezident və parlament seçkiləri zamanı seçicilərin səsini müxtəlif qiymətlərə satın alırlar. Sizcə bu iyrənc üsuldan Irandakı prezident seçkiləri zamanı istifadə olunmadı ki? “Əhmədinejat kasıblara pul paylayıb” - Düzdür. Dünyanın totalitar rejimləri çalışırlar ki, pul gücünə seçkilərdə səsi və reklam şoularında millətin dəstəyin alsınlar. Məsələn, Latın Amerikasının bəzi ölkələrində seçkilər zamanı səsi 5 dollara alırlar. Amma Iran inkişaf tapdığına görə, çoxlarının rəyini bir vədə bozbaşla da almaq olur. Əhmədinejad bunu yaxşı bildiyi üçün xüsusən keçən son ildə çoxlu sayda yoxsuların arasında 60-100 min tümən pul paylayıb və çalışıb ki, seçki zamanı onların səsini ala. Bundan da ələvə, ona qarşı ittiham vurulur ki, o, prezident olan zaman bir milyard dollar yox olub. Bəzilərinin nəzərinə görə, Əhmədinejad bu pulla yenidən prezident seçilmək üçün dövlət admlarına rüşvət veribdir. Sonda fikrimi belə ümumiləşdirmək istərdim, unutmayın ki, Iranda Keşikçi Şurası yeganə hökumət orqanıdır, seçkilərə nəzarət haqqı var. Bu, o mənadadır ki, seçicilərin sayını və hər hansı namizədin qalib gəldiyini öz istədiyi kimi göstərə bilər. Arzu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar