SON XƏBƏRLƏR

URMİYADA TƏLƏBƏ QIZLARIN YATAQXANASI POLİS HÜCUMUNA MƏRUZ QALIB

2021.10.20, 07:36
URMİYADA TƏLƏBƏ QIZLARIN YATAQXANASI POLİS HÜCUMUNA MƏRUZ QALIB

Gunaz.tv
Urmiyada prezident seçkisinin nəticələrinə etiraz mitinqlərinə qatılmış tələbə qızların yataqxanası iyunun 16-da polis hücumuna məruz qalıb. özəl polis qüvvələri yataqxanaya hücum edərək tələbə qızların qaldığı otaqların qapılarını sındırıblar. Qızların mobil telefonlarının müsadirə edildiyi, zorakılığa etiraz edən bir neçə tələbənin döyüldüyü vurğulanır. Digər bir məlumatda bildirilir ki, prezident seçkisindəki saxtakarlıqlara etiraz mitinqlərinə qatıldığı üçün Urmiyada əksəri tələbə olmaqla 300-ə yaxın aksiyaçı həbs edilərək naməlum istiqamətə aparılıb. Son günlər hüquq mühafizə qüvvələrinin Urmiyada aksiya keçirən minlərlə azərbaycanlıya silahlı hücumu zamanı iki nəfər həlak olub, onlarla adam yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar