SON XƏBƏRLƏR

MUSƏVİNİN TƏRƏFDARLARI DÖVLƏT TELEVİZİYASININ QARŞISINDA TOPLAŞIBLAR. “QEYRİ-ZORAKILIQ GÜLLƏYƏ QALİB GƏLİR”

2021.10.20, 07:36
MUSƏVİNİN TƏRƏFDARLARI DÖVLƏT TELEVİZİYASININ QARŞISINDA TOPLAŞIBLAR. “QEYRİ-ZORAKILIQ GÜLLƏYƏ QALİB GƏLİR”

Gunaz.tv
Builki prezident seçkisində namizəd kimi iştirak etmiş Mirhüseyn Musəvinin tərəfdarları, maneələrə baxmayaraq, iyunun 16-da Tehranda aksiya keçirməyə nail olublar. təxminən 150 min nəfərə yaxın insan Vənək meydanından Təcriş yaşayış məntəqəsinə - dövlət televiziyasının binası qarşısına qədər dinc yürüş keçiriblər. Musəvi və onun tərəfdarları əvvəlcə Tehranın Vəliəsr meydanında mitinq keçirməyi planlaşdırıblar. Ancaq iyunun 16-da prezident Mahmud Əhmədinejadın tərəfdarları bu meydanda mitinqə başladığından Musəvinin tərəfdarları öz aksiyalarını başqa ünvana salıblar. Təhlükəsizlik qüvvələrinin qoruduğu dövlət televiziyası binasının qarşısında yürüş iştirakçıları “Qeyri-zorakılıq gülləyə qalib gəlir” və “Səsimi geri qaytar” şüarları yazılmış plakatlar qaldırıblar. Onlar iyunun 12-də keçirilən və Əhmədinejadın qalib gəldiyinin elan edilməsi ilə yekunlaşan rəsmi nəticələrin ləğvini, seçkinin yenidən keçirilməsini tələb ediblər. M.Musəvi bundan əvvəl öz tərəfdarlarına müraciət edərək mitinqə qatıla bilməyəcəyini bildirmiş, mitinq iştirakçılarını öz etirazlarını sakit və sivil şəkildə davam etdirməyi və Əhmədinejad tərəfdarları ilə hər hansı qarşıdurmaya getməməyi xahiş etmişdi. Yürüş başa çatdıqdan sonra aksiya iştirakçıları son üç gündə olduğu kimi gecə saat 10-da öz evlərinin damına çıxaraq yarım saata qədər “Allahü əkbər” və “Diktatora ölüm!” şüarlarını səsləndiriblər.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar