SON XƏBƏRLƏR

Musəvinin tərəfdarları yeni mitinqə hazırlaşırlar

2021.10.20, 07:36
Musəvinin tərəfdarları yeni mitinqə hazırlaşırlar

Gunaz.tv
İran adlanan yerdə Mir Hüseyn Musəvinin tərəfdarları yeni nümayişlər planlaşdırırlar. Ötən gecə ərzində İranın təhlükəsizlik qüvvələrinin bir neçə şəhərdə universitet yataqxanalarına reydlər təşkil etdikləri xəbər verilir. İranın ali rəhbəri Ayətulla Əli Xameneyi gərginliyi azaltmaq üçün iğtişaşlara son qoymağa çağırıb. BBC-nin Tehrandakı müxbiri Con Layn deyir ki, müxalifətin bugünkü nümayişi Tehranın mərkəzi küçələri ilə yürüşdən ibarət olmalıdır. Çərşənbə axşamı müxalifət buna bənzər bir yürüş keçirmişdi. İran xarici mətbuatın işi üzərinə sərt məhdudiyyətlər qoyub. Jurnalistlər hansısa hadisəni işıqlandırmaq üçün icazə almalıdırlar. Onlara icazəsiz nümayişlərə getmək və oradan xəbər vermək qadağan olunub. Ayətullanın müdaxiləsi Gecə ərzində İranın Basıc könüllülər dəstəsinin bir neçə şəhərdə universitet yataqxanalarına həmlə etdiyi xəbər verilir. Lakin İranın ali lideri ayətulla Xameneyi deyib ki, "gərginlik yaradan hər hansı hərəkətə yol verilməməlidir və hamı açıq şəkildə gərginlik və iğtişaşların əleyhinə çıxış etməlidir." Ayətulla Xameneyinin hazırda çözüm yolu tapmaq üçün müzakirələr apardığı düşünülür. Dörd namizədin təmsilçiləri ilə görüşdə də o hamını milli birliyə çağırmışdı. "Seçkilərdə səsverənlərin müxtəlif meylləri var, amma onlar hamılıqla hakim sistemə inanır və İslam Respublikasına dəstək verirlər." Lakin müxbirimiz deyir ki, ayətullanın şəxsən böhrana müdaxilə etməsi onun siyasi nüfuzuna ziyan gətirir. Gecə ərzində sakinlər evlərin damlarına çıxaraq, etiraz şüarları deyiblər. 30 il əvvəl İslam inqilabı ərəfəsində də bu etiraz formasından istifadə edilmişdi. Obama neytral olmağa çalışır ABŞ prezidenti Barak Obama İranda müxalifətin keçirdiyi mitinqlərlə bağlı deyib ki, iranlıların səsi eşidilməlidir. Bununla belə o əlavə edib ki, bu sözlərinin müdaxilə kimi qiymətləndirilməsini istəməzdi. O deyib ki, Amerika - İran münasibətlərinin tarixçəsi səbəbindən ABŞ prezidentinin İrandakı seçkilərə müdaxilə edən kimi görünməsi faydalı olmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar