SON XƏBƏRLƏR

İran necə idarə edilir?

2021.10.20, 07:36
İran necə idarə edilir?

Gunaz.tv
1997-ci ildə seçkilərə qatılanların sayı 80% idisə, 2005-ci ildə bu rəqəm 60% idi SEÇİCİLƏR İranda 65 milyon əhalinin 46 milyondan çoxu səs vermək hüququna malikdir. Səs vermək üçün seçicinin 18 yaşı olmalıdır. Bu adamların təxminən 8 milyonu 1979-cu il inqilabından sonra doğulub. 1997-ci ildə seçkilərə qatılanların sayı 80% idi. Bu isə rekord rəqəm hesab edilir. Bu seçkilərdə islahatpərəst Məhəmməd Xatəmi qalib gəlmişdi. Həmin vaxt seçkilərdə əsasən qadın və gəclər iştirak etmişdilər. Amma məyusluğun artması ilə 2005-ci ildə seçicilərin yalnız 60% seçkilərdə iştirak etmişdi. Bu seçkilər nəticəsində hakimiyyətə sərt xətt tərəfdarı olan Mahmud Əhmədinecad gəlmişdi. PREZİDENT Prezident Əhmədinecad 2005-ci ildə seçilib İranda prezident hər dörd ildən bir seçilir. O, iki müddətdən çox hakimiyyətdə qala bilməz. Konstitusiyaya görə, prezident ölkədə ikinci ən yüksək vəzifə sahibidir. O, hakimiyyətin icraçı qollarının başçısıdır və konstitusiyaya əməl olunmasını təmin etməlidir. Praktikada isə prezidentin səlahiyyətləri İranın hakimiyyət strukturundakı mühafizəkarların, ruhanilərin, eləcə də ali ruhani liderin hakimiyyətinin təsiri altındadır. Silahlı qüvvələrə prezident deyil, məhz ali ruhani lider nəzarət edir və o, təhlükəsizlik, müdafiə və əsas xarici siyasət məsələlərinə dair qərarlar qəbul edir. İranda prezidentliyə bütün namizədlər Keşikçilər Şurasından keçməlidirlər. Bu şura 2005-ci ildə yüzlərlə adamın namizədliyinə vero qoyub. Tehranın mühafizəkar meri Mahmud Əhmədinecad hakimiyyətə 2005-ci ildə gəlib. Cənab Əhmədinecad İranın 1981-ci ildən bu yana ruhani olmayan ilk prezidentidir. O, 1997-ci ildə prezident seçilən islahatpərəst Məhəmməd Xatəmini 70% səs toplayaraq məğlub etmişdi. HÖKUMƏT Hökumət üzvlərini, ya da ki, İranda deyildiyi kimi Nazirlər Şurasını prezident seçir. Onları parlament təsdiq etməlidir. 2005-ci ildə parlament prezident Mahmud Əhmədinecadın dörd namizədini rədd etmişdi. Parlament onu impiçment də edə bilər. Ali ruhani lider müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində yaxından iştirak edir. Onun idarəsi qərarların qəbul edilməsində təsirə malikdir. Sabiq prezident Xatəminin hakimiyyəti dövründə islahatpərəst nazirlərin işini mühafizəkarlar ciddi müşahidə edirdilər. Hökumətə prezident, ya da ki, vitse-prezident başçılıq edir. PARLAMENT Cənab Laricani nüvə məsələləri üzrə sabiq vasitəçidir Məclisin 290 üzvü var. Parlament səsvermə ilə hər dörd ildən bir seçilir. Parlamentin qanunları təqdim edərək təsdiqləmək, eləcə də prezidentlə nazirləri impiçment etmək hüquqları var. Buna baxmayaraq, Məclisin qəbul etdiyi bütün qanunları mühafizəkar Keşikçilər Şurası təsdiqləməlidir. İlk islahatpərəst çoxluq 2000-ci ildə seçilmişdi. Amma 2004-cü ildə bu vəziyyət dəyişdi. Belə ki, bir çox islahatpərəst namizədlərə seçkilərə qatılmağa icazə verilməmişdi. EKSPERTLƏR ŞURASI Bu şuranın vəzifələri ali ruhani lideri təyin etmək, onun fəaliyyətini müşahidə etmək və öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə onu vəzifəsindən kənarlaşdırmaqdır. Şura adətən ildə iki dəfə toplaşır. Bu qurum rəsmən Qum şəhərində yerləşsə də, toplantılar Tehran və Məşəd şəhərlərində keçirilir. Hazırkı şuranın 86 üzvü birbaşa olaraq hər 8 ildən bir seçilir. Növbəti seçkilər 2014-cü ildə keçiriləcək. Şura üzvləri hər səkkiz ildən bir seçilir. Şuraya yalnız ruhanilər seçilə bilərlər. Bu seçkilərdəki namizədlər Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir. Assambleyada çoxluq mühafizəkarların əlindədir. Hazırkı sədr sabiq prezident Əkbər Haşəmi Rəfsəncanidir. O, 2005-ci ildə seçkilərdə Mahmud Əhmədinecada məğlub olub. KEŞİKÇİLƏR ŞURASI Ayatolla Cənnəti Keşikçilər Şurasının sədridir Bu, İranda ən nüfuzlu qurumdur. Ona hazırda mühafizəkarlar nəzarət edirlər. Şurada altı ruhani var. Onları ali ruhani lider təyin edir. Liderlə altı heyətin namizədliyini İran ədliyyəsi irəli sürür və onları parlament təsdiqləməlidir. Şura üzvləri altı illiyə seçilir. Keşikçilər Şurası parlamentin qəbul etdiyi bütün qanun layihələrini təsdiqləməlidir və onun veto hüququ var. Şura eləcə də namizədlərə parlamentə, prezidentliyə və Ekspertlər Şurasına seçilməsinə qadağa qoya bilər. İslahatpərəstlər şuranın veto hüququnu azaltmağa cəhd göstəriblər. Amma bu, uğursuz nəticələnib. Şura 2005-ci seçkilərində 1000 ümidlidən yalnız altısının namizədliyini təsdiq etmişdi. Ali ruhani liderin müdaxiləsindən sonra daha iki islahatpərəstə seçkilərə qatılmağa icazə verilmişdi. Bütün qadın namizədlərə seçkilərə qatılmağa icazə verilməmişdi. ALİ RUHANİ LİDER Ayatolla Xameneyi 1989-cu ildən ali ruhani liderdir Konstitusiyaya görə, ali ruhani liderin rolu Ayatolla Xomeyninin ideyalarına əsaslanıb. Cənab Xomeyni lideri İranın siyasi hakimiyyət strukturunun lap başında qoyub. Ali ruhani lider Ayatolla Əli Xameneyi ədliyyə başçısını, nüfuzlu Keşikçilər Şurasının altı üzvünü, silahlı qüvvələrin komandirlərini, cümə namazı liderlərini və teleradio başçısını təyin edir. O eləcə də prezidentin seçilməsini təsdiqləyir. Lideri Ekspertlər Şurasını təşkil edən ruhanilər seçirlər. Ruhani lider ilə prezidentin idarəsi arasında mütəmadi olaraq baş qaldıran gərginlik siyasi qeyri-sabitliyin mənbəyi olur. Bu gərginlik sabiq islahatpərəst prezident Məhəmməd Xatəminin hakimiyyəti dövründə artmışdı. Bu isə ruhani üsul-idarə ilə bir çox iranlının arzuları arasındakı dərin gərginliyi əks etdirir. ƏDLİYYƏ BAŞÇISI Ayatolla Şahrudinin prezidentə və ali ruhani liderə yaxın olduğu deyilir İran ədliyyəsi heç zaman siyasi təsirdən müstəqil olmayıb. Ötən əsrə kimi ona ruhanilər nəzarət edirdilər. Sonradan sistem mötədilləşdirilmişdi. Amma inqilabdan sonra Ali Məhkəmə bütün əvvəlki qanunları qeyri-islami adlandıraraq ləğv etmişdi. Şəriətə əsaslanan yeni qanunlar tezliklə təqdim edilmişdi. Ədliyyə islami qanunların gerçəkləşdirilməsini təmin edir və hüquqi siyasəti tənzimləyir. Ədliyyənin başçısını ali ruhani təyin edir və o, liderə hesabat verməlidir. Hazırkı ədliyyə başçısı Ayatolla Mahmud Haşəmi Şahrudidir. Son illər sərt xətt tərəfdarları ədliyyə sistemindən islahatları zərbə altına almaq üçün istifadə ediblər. Onlar bunu islahatpərəst şəxsləri və jurnalistləri həbsə atmaqla və islahatpərəst qəzetləri bağlamaqla həyata keçiriblər. SİLAHLI QÜVVƏLƏR Ordu liderlərini ali ruhani lider təyin edir Silahlı qüvvələrə İnqilabçı keşikçilər və adi qüvvələr daxildir. Onlar vahid komandanlığa tabedirlər. Bütün aparıcı ordu və inqilabçı keşikçi komandirlərini ali ruhani lider təyin edir. Onlar məhz ruhani liderə tabedirlər. İnqilabçı Keşikçilər inqilabdan sonra yaradılıb. Bunda məqsəd yeni liderləri və qurumları qorumaq, eləcə də inqilaba qarşı olanlarla mübarizə aparmaqdır. İnqilabçı Keşikçilər başqa qurumlarda da fəal iştirak edirlər. Onlar hər bir şəhərdə təmsilçiliyi olan könüllü yaraqlılara nəzarət edirlər. MƏŞVƏRƏT ŞURASI Şura ali ruhani liderə parlamentlə Keşikçilər Şurası arasında hüquqi mübahisə yaranarsa, məsləhət verir. Ali ruhani lider şura üzvlərini təyin edir. Bunlar tanınmış dini, sosial və siyasi şəxslərdir. 2005-ci ilin oktyabr ayında ali ruhani lider Məşvərət Şurasına hökumətin bütün qanadlarına nəzarət hüququ verib. Bunun şuranın nüfuzuna necə və nə qədər təsir edəcəyi bilinmir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar