SON XƏBƏRLƏR

Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb

2025.04.09, 21:43
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb

Amerika administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır.

Gunaz.tv

Bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən Amerikanın tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram", - Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 %-lik artımı ləğv etməzsə, Amerika aprelin 9-dan etibarən Çinə əlavə 50 %-lik tarif tətbiq edəcək. 

Xatırladaq ki, aprelin 2-də Amerika Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar