SON XƏBƏRLƏR

İran adlanan yerin səfiri Belçika Xarici İşlər Nazirliyinə çağırılıb

2021.10.20, 07:36
İran adlanan yerin səfiri Belçika Xarici İşlər Nazirliyinə çağırılıb

Gunaz.tv
Rəsmi Belçika İranda jurnalistlərin saxlanılması və mətbuat azadlığının pozulması ilə bağlı etirazını bildirib İranın Brüsseldəki səfiri Belçika Xarici İşlər Nazirliyinə çağırılıb. CNN Türk-ün məlumatına görə, iranlı səfiri Belçika baş nazirinin köməkçisi və xarici işlər naziri Karel De Quxt qəbul edib. Görüşdə İranda keçirilən prezident seçkisinin nəticələri və mətbuat azadlığının pozulması ilə bağlı Belçikanın narahatlığı ifadə olunub. Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İranda müşahidə edilən mətbuat azadlığı pozuntuları çərçivəsində bəzi belçikalı jurnalistlər də hədəfə alınıb. Keçən həftə sonu Tehranda Belçika televiziyalarından 3 jurnalist saxlanılıb və bir müddət sonra, "fotoşəkil və görüntü çəkməmək şərtiylə" sərbəst buraxılıblar. Jurnalistlər daha sonra yenidən saxlanılıblar, onların işlərinə maneə yaradılıb və texnikaları əllərindən alınıb. Karl De Quxt qeyd edib ki, "İranda jurnalistlərin öz vəzifələrini yerinə yetirmələri qeyri-mümkün hala gəlib". Nazir eyni zamanda seçkinin nəticələrinə etiraz edən müxalifət nümayəndələrinin müxtəlif zorakılığa məruz qalmasından narahat olduğunu bildirib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar