SON XƏBƏRLƏR

Avropa Birliyinə üzv olan 6 ölkənin səfirləri İran XİN-nə çağırılıb

2021.10.20, 07:36
Avropa Birliyinə üzv olan 6 ölkənin səfirləri İran XİN-nə çağırılıb

Gunaz.tv
Onlara təmsil etdikləri ölkələrin İranın daxili işlərinə qarışmaması tövsiyə edilib Avropa Birliyinə üzv olan 6 ölkənin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. CNN Türk-ün məlumatına görə, səfirlərlə görüşdə İran XİN-i ölkədəki prezident seçkisinin nəticələri və seçkidən sonrakı müddətdə verilən şərhlərlə bağlı etirazını bildirib. Nazirlik, səfirlərə təmsil etdikləri ölkələrin İranın daxili işlərinə qarışmamalarını tövsiyə edib. Qeyd edək ki, XİN-ə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya və Çexiyanın səfirləri çağırılıb. XİN bu ölkələrin rəsmilərinin şərhlərini İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirdiklərini və bunu qəbul etməyəcəklərini qeyd edib. Səfirlərin də İranın etirazını qısa müddətdə ölkələrinə çatdıracaqlarına dair söz verdikləri bildirilib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar