SON XƏBƏRLƏR

Moskvada Kollektiv Təcili Müdaxilə Gücü müqaviləsi imzalandı: amma müəyyən problemlərlə

2021.10.20, 07:36
Moskvada Kollektiv Təcili Müdaxilə Gücü müqaviləsi imzalandı: amma müəyyən problemlərlə

Gunaz.tv
Moskvada İyunun 14-də keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammiti Rusiya-Belorusiya “süd müharibəsi”nin kölgəsində keçdi. İki ölkə arasında son dövrdə yaşanan gərginlik başda prezident Aleksandr Lukaşenko olmaqla Belorusiya heyətinin sammitdə iştirak etməməsi ivə bunun səbəb olduğu mühüm problemlərlə yadda qaldı. Belə ki, sammitdə təşkilatın sədrliyi Ermənistandan Belorusiyaya keçəcəkdi. Ancaq Belorusiyanın sammitdə iştirak etməməsi nəticəsində bu vəzifəni “müvəqqəti olaraq” Rusiya həyata keçirməyə məcbur oldu. İkincisi, Belorusiyanın toplantıda iştirak etməməsi KTMT sammitində əsas gündəm maddəsi olan Kollektiv Təcili Müdaxilə Gücü (KTMG) müqaviləsinin imzalanması məsələsinin də iflasa uğrama təhlükəsi yaşamasına səbəb oldu. Bu müqavilənin imzalanmaması Rusiyanın MDB məkanındakı ən cox güvəndiyi təşkilatının ən mühüm lahiyəsinin uğursuzluqla nəticələnməsi mənasını daşıyacaqdı. Bunu yaxşı başa düşən Rusiyanın təkidi ilə Belorusiya və Özbəkistan kənarda qalmaqla təşkilatın digər üzvləri “KTMG quruluş müqaviləsini” imzaladılar. Ancaq müavilənin imzalanması daha böyük bir problemi də bərabərində gətirdi. Belə ki, KTMT nizamnaməsinə görə, qərarlar konsensusla alınmaqdadır. Ancaq KTMG müqaviləsi Belorusiya və Özbəkistanın razılğı olmadan imzalandı. Rusiya Belorusiyanın rəsmən qarşı çıxmamasını əsas gətirərək müqavilənin imzalanmasının qanuni olduğunu bildirdi və digər üzvülərin də imzalamasını ümid etdiyini açıqladı. Öz növbəsində Belorusiya isə müqavilənin legitim olmadığını açıqladı. Bundan başqa Lukaşenko Rusiya-Belorusiya sərhəddindəki keçişi çətinləşdirmək üçün rəsmi hazırlıqlara başladıqlarını bildirərək, “süd müharibəsinin” səbəb olduğu gərginliyi davam etdirəcəyinin siqnalını verdi. Xatırladaq ki, ilk dəfə 2008-ci ilin Dekabrında təşkilatın Qazaxıstanda keçirilən qeyri-rəsmi sammitində Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən gündəmə gətirilən KTMG-nin amacının hərbi və sərhəd münaqişələrinə təcili müdaxilə etməklə yanaşı terror, narkotik maddə qaçaqçılığı və cinayətkar təşkilatlarla mübarizə aparmaq olduğu bildirilməkdədir. Müqaviləyə görə KTMG üzv dövlətlərin mobil hərbi birləşmə və xüsusi təyinatlı polis hissələrindən meydana gələcək. Təxminən 10-20 min nəfərdən ibarət olması nəzərdə tutulan KTMG-də Rusiyanın Ulyanovskidəki 31-ci desant hücum briqadası və İvanovskdakı 98-ci hava desant diviziyasından ibarət cəmi 8 min əsgər ilə, Qazaxıstanın isə 4 min hərbçidən meydana gələn bir desant hücum briqadasıyla iştirak edəcəyi bildirilməkdədir. Digər üzv dövlətlərin hər biri isə bu gücdə 1 batalyonla (təxminən 400-800 əsgər) iştirak edəcək. KTMG-nin eyni şəkildə və NATO standartlarında komplekləşdiriləcəyi, ortaq bir qərargahının olacağı, ancaq gücdə iştirak edən hərbi hissələrin öz yerlərində qalacağı, lazımi anda birlikdə hərəkət edəcəyi bildirilməkdədir. “Belorusiya kölgəsinin” düşdüyü sammitdə bütün mübahisələrə baxmayaraq KTMG müqaviləsinin imzalanması Rusiyanın MDB məkanındakı təsirini artırmağa imkan verən mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Digər tərəfdən isə Belorusiya və Özbəkistanla baş verən anlaşmazlıqlar Rusiyanın KTMT-də belə tam nəzarətə malik olmadığını göstərməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar