SON XƏBƏRLƏR

Prezidentlərin Praqa və Sankt–Peterburq görüşləri Qarabağ münaqişəsinin həllinin fəallaşmasına yol açıb

2021.10.20, 07:36
Prezidentlərin Praqa və Sankt–Peterburq görüşləri Qarabağ münaqişəsinin həllinin fəallaşmasına yol açıb

Gunaz.tv
Bunu ABŞ dövlət katibinin müşaviri Filip Qordon söyləyib “ABŞ ATƏT-in Minsk qrupu vasitəçisi kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün irəliləyişin əldə olunmasına kömək edir. Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqda və iyunun 4-də Sankt –Peterburqda keçirdiyi görüşlər 2009-cu ildə çərçivə razılışmasını sona çatdırmaq üçün cəhdlərin fəallaşmasına yol açıb”. ANS PRESS-in ABŞ dövlət departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə müavini Filip Qordon xarici işlər üzrə komitənin iclasında bildirib. Qordon bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, dövlət katibinin müavinin köməkçisi Metyu Brayza öz rusiyalı və fransalı həmkarları ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin beş görüşünü təşkil ediblər. “ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlarda şəxsən iştirak edib. Onun mayın 5-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü buna misal göstərmək olar”, - deyə dövlət katibinin müavini bildirib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və Ermənistan –Türkiyə münasibətlərinin normallaşmasına köməklik göstərməyə çalışır. “Biz inanırıq ki, bu iki proses ayrılıqda amma paralel formada və müxtəlif sürətdə irəliləməlidir”. O hesab edir ki, aprelin 22-si Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq haqqında birgə bəyanatı iki ölkə arasında münasibətləri normallaşdırmaq və sərhədlərin açılmasında üçün tarixi imkandır. Dövlər katibinin müavini qeyd edib ki, Azərbaycan regional təhlükəsizlik, xüsusilə terrorla mübarizədə və Avropalı müttəfiqlərə təbii qazın ötürülməsində ABŞ –ın vacib tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycan inhisarçı təzyiqlərdən azad olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir. Ötən həftə Qafqaz regionuna ilk səfərini də xatırladan F. Qordon, səfərin məqsədinin ABŞ-ın regiondakı maraqlarını davam etdirmək olduğunu bildirib. Kamala Ramazanova ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar