SON XƏBƏRLƏR

ƏHMƏDİNEJADIN TƏRƏFDARLARI MİTİNQ KEÇİRİB

2021.10.20, 07:36
ƏHMƏDİNEJADIN TƏRƏFDARLARI MİTİNQ KEÇİRİB

Gunaz.tv
İran adlanan yerin köhnə-yeni prezidenti Mahmud Əhmədinejadın tərəfdarları iyunun 16-da Tehranda mitinq keçirib. Rəsmi dövlət televiziyasının İran xalqının birliyini göstərən aksiya kimi təqdim etdiyi mitinq günorta saat 3-də başlayıb. “Azadlıq” radiosunun məlumatına görə, saat 5-də eyni meydana prezident seçkisində M.Əhmədinejadın əsas rəqibi olan azərbaycanlı namizəd Mirhüseyn Musəvinin tərəfdarları mitinq keçirməliymiş. Amma günün əvvəlində M.Musəvi öz internet səhifəsində aksiyaya qatılmayacağını bildirib. M.Musəvinin tərəfdarları öz aksiyalarını paytaxtın başqa istiqamətində keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar