SON XƏBƏRLƏR

Nobel mükafatçısı Şirin Ebadi İranda yeni seçkilərin keçirilməsinə çağırıb

2021.10.20, 07:36
Nobel mükafatçısı Şirin Ebadi İranda yeni seçkilərin keçirilməsinə çağırıb

Gunaz.tv
“Milyonlarla insan öz tələbini dinc yolla ifadə etmək üçün küçələrə çıxsa da, bu, amansız reaksiya ilə qarşılanıb” Nobel sülh mukafatı laureatı Şirin Ebadi İranda yeni prezident seçkilərinin keçirilməsinə çağırış edib. O, “Azadlıq” radiosunun rus redaksiyasına müsahibəsində bildirib ki, 12 iyun seçkilərinin rəsmi nəticələrinin elan olunması İranda müxalifətin kütləvi etirazlarına səbəb olub və bu, yeni seçkilərin keçirilməsinə əsas ola bilər. Şirin Ebadi, rəsmi Tehranın nümayişçilərə qarşı hərəkətlərini də pisləyib və həbs olunanların azadlığa buraxılmasını tələb edib: “İran xalqı seçkilərdən şübhələnir. Milyonlarla insan öz tələbini dinc yolla ifadə etmək üçün küçələrə çıxıb. Təəssüf ki, onların dinc tələbləri amansız reaksiya ilə qarşılanıb. Düşünürəm ki, indiki şəraitdə səslərin yenidən sayılması heç nəyi həll etməyəcək. Bu dəfə beynəlxalq təşkilatların müşahidəsi altında yeni seçkilər keçirilməlidir. Yalnız bununla bütün tərəfləri razı salmaq olar ki, seçki qutularından çıxarılan səslər insanların real səsləridir”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar