SON XƏBƏRLƏR

Çin Amerikanın ticarət müharibələrini davam etdirəcəyi təqdirdə onu təcrid edə bilər

2025.04.11, 14:16
Çin Amerikanın ticarət müharibələrini davam etdirəcəyi təqdirdə onu təcrid edə bilər

Ticarət müharibələri bütün tərəflər üçün mənfi nəticələrə gətirib çıxarır.

Gunaz.tv

Bunu İspaniyada səfərdə olan Çin sədri Si Cinpin bildirib.

"Ticarət müharibələrində qalib olmur. Bütün dünya ilə qarşıdurma son nəticədə Amerikanın təcridinə gətirib çıxaracaq", - Çin lideri qeyd edib.

O vurğulayıb ki, Çin və Avropa İttifaqı iqtisadiyyatın qloballaşmasını və azad ticarəti qəti şəkildə dəstəkləyir.

S.Cinpin Amerikanın göstərdiyi birtərəfli təzyiqə qarşı müqavimət göstərmək üçün Çin və Aİ-nin birgə səylərini dəstəkləyib.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan isə cümə günü keçirdiyi brifinqdə qeyd edib ki, "Çin ticarət müharibələri istəməsə də, onlardan qətiyyən qorxmur".

"Əgər Amerika məsələləri dialoq yolu ilə həll etmək istəyirsə, həddindən artıq təzyiqi və məsuliyyətsiz tədbirləri dayandırmalıdır. Belə taktikalar bizə təsir etmir", - o əlavə edib.

Pekin cümə günü Amerikadan daxil olan mallara rüsumların 125 %-ə qədər artırıldığını elan edib. Tədbir aprelin 12-dən qüvvəyə minəcək.

Daha əvvəl Ağ Ev bildirib ki, hazırda Çindən idxal olunan mallara ümumilikdə 145 % rüsum tətbiq edilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar