SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDA QAN TÖKÜLÜB. SEÇKİNİN RƏSMİ NƏTİCƏSİNƏ ETİRAZ EDƏN İKİ URMİYALI QƏTLƏ YETİRİLİB

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDA QAN TÖKÜLÜB. SEÇKİNİN RƏSMİ NƏTİCƏSİNƏ ETİRAZ EDƏN İKİ URMİYALI QƏTLƏ YETİRİLİB

Gunaz.tv
İran adlanan yerdə prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq Güney Azərbaycanın Urmiya şəhərində keçirilən aksiyada da qan tökülüb. “Media forum” saytı xəbər verir ki, hüquq mühafizə qüvvələrinin Urmiyada aksiya keçirən minlərlə azərbaycanlıya silahlı hücumu zamanı iki nəfər həlak olub, onlarla adam yaralanıb. Aksiyada “Azərbaycan oyaqdır, Musəviyə dayaqdır”, “Azərbaycan yatmayıb, öz oğlunu atmayıb”, “Haray, haray, mən türkəm” və “Yaşasın Azərbaycan” şüarları səsləndirilib. Aksiyada prezident seçkisinin nəticələrinin ləğv edilməsi, eyni zamanda İran rejimindən Azərbaycan milli hüququnun tanınması tələb olunub. Urmiya şəhərində son bir neçə gündə telefon, internet, mobil və SMS şəbəkələrinin kəsildiyi də vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar