SON XƏBƏRLƏR

Musəvi tərəfdarları Danimarkada yürüş keçirib

2021.10.20, 07:36
Musəvi tərəfdarları Danimarkada yürüş keçirib

Gunaz.tv
Aksiyada bir neçə yüz sözdə iranlı mühacir və danimarkalı iştirak edib Danimarkanın paytaxtı Kopanhagendə İran prezidentliyinə namizəd Mir-Hüseyn Musəviyə dəstək nümayişi keçirilib. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, rəsmi nəticələrə görə seçkilərdə məğlub olan, lakin bu nəticələrlə razılaşmayan islahatçı namizədə dəstək aksiyasında bir neçə yüz iranlı mühacir və danimarkalı iştirak edib. Mitinqdə çıxış edən müxalif Sosial-Liberal Partiyasının lideri Villi Seundal Danimarkanın liberal-mühafizəkar hakimiyyətini Avropa Birliyinin İrandakı seçkilərin araşdırılması və dinc nümayişçilərə qarşı güc tətbiq edilməsinin dayandırılması tələblərini dəstəkləməyə çağırıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar