SON XƏBƏRLƏR

Nyu-York Tayms: Tehran rəsmiləri Xameneiyə müharibə ehtimalı və rejimin süqutu təhlükəsi barədə xəbərdarlıq ediblər

2025.04.12, 11:38
Nyu-York Tayms: Tehran rəsmiləri Xameneiyə müharibə ehtimalı və rejimin süqutu təhlükəsi barədə xəbərdarlıq ediblər

Nyu-York Tayms qəzeti iki İran rəsmisinə istinadən yazıb ki, İranın yüksək vəzifəli rəsmiləri İran İslam Respublikasının rəhbərinə təzyiq bildiriblər ki, Amerika ilə danışıqlara dair mövqeyini dəyişsin. Onlar xəbərdarlıq ediblər ki, Amerika ilə müharibə təhlükəsi və dərinləşən iqtisadi böhran rejimin süqutuna səbəb ola bilər.

Gunaz.tv

Tehran bundan öncə Amerika prezidenti Donald Tramp tərəfindən göndərilmiş məktuba cavab verməyi və nüvə danışıqlarına başlamağı nəzərdən keçirirmiş.

İki yüksək vəzifəli İran rəsmisinin bildirdiyinə görə, ötən ay İran prezidenti Məsud Pəzeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və İran parlamentinin sədri ilə birlikdə Əli Xamenei ilə görüşüblər.

Xamenei daha əvvəl dəfələrlə və açıq şəkildə Vaşinqtonla danışıqları "ağılsızca" və "axmaqlıq" adlandıraraq qadağan etmişdi. Lakin bu iki mənbənin bildirdiyinə görə, ölkənin yüksək səviyyəli rəsmiləri “nadir və koordinasiyalı bir addımla” ondan mövqeyini dəyişməyi istəyiblər.

Rəhbərə verilən mesaj isə açıq və sərt olub: “İcazə verin Tehran, lazım gəlsə, birbaşa Vaşinqtonla danışıqlara başlasın. Əks təqdirdə, İran İslam Respublikasının varlığı ciddi təhlükə altındadır.”

Rəsmilər xəbərdarlıq ediblər ki, Amerika və İsraillə müharibə təhlükəsi çox realdır və əgər İran danışıqlardan imtina etsə və ya bu danışıqlar uğursuz alınsa, onların dediyinə görə, İranın iki əsas nüvə obyektinə – Natanz və Fordoya – hərbi hücumlar qaçınılmaz olacaq.

Belə bir halda İranın hərbi cavab verməsi qaçılmaz olacaq; bu da daha genişmiqyaslı müharibəyə yol aça, ölkə iqtisadiyyatını tam çökdürə və daxildə kütləvi etirazlara və tətil dalğasına səbəb ola bilər.

Rəsmilər deyiblər ki, iki cəbhədə müharibə “rejim üçün varlıq təhdididir.” Bir neçə saat davam edən görüşün sonunda, iddialara görə, Xamenei mövqeyindən geri çəkilib.

Həmin iki mənbənin sözlərinə görə, o, danışıqlara başlamağa razılıq verib: “İlk mərhələdə danışıqlar dolayı yollarla və vasitəçilər vasitəsilə, əgər proses müsbət irəliləsə, İran və Amerika birbaşa dialoqa keçiləcək.” - deyə mənbə bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar