SON XƏBƏRLƏR

Musəvi səslərin yenidən sayılması ilə razılaşmadı

2021.10.20, 07:36
Musəvi səslərin yenidən sayılması ilə razılaşmadı

Gunaz.tv
Prezidentliyə namizəd təkrar seçkilər tələb edir İran adlanan yerin keçmiş baş naziri, prezidentliyə namizəd Mirhüseyn Musəvi bəyanatla çıxış edərək səslərin yenidən sayılması ilə bağlı qərarı rədd edib. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd seçkilərin yenidən keçirilməsini tələb edib. Musəvi tərəfdarlarını Tehranda keçirilməsi nəzərdə tutulan aksiyaları təxirə salmağı və özlərini təhlükəyə atmamağa çağırıb. Qeyd edək ki, müxalifət hərbçilərin aksiyalar zamanı 24 nəfəri güllələdiyini bildirir. Xatırladaq ki, İran konstitusiyasının Nəzarətçilər Şurası ölkədə başlayan etiraz aksiyasını nəzərə alaraq səslərin yenidən sayılması barədə qərar qəbul edib. Bu zaman Şura ancaq qanun pozuntuları qeydə alındığı güman edilən məntəqələrdəki səslərin yenidən sayılacağını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar