SON XƏBƏRLƏR

Ban Gi Mun İsrail və Fələstini danışıqların bərpasına çağırıb

2021.10.20, 07:36
Ban Gi Mun İsrail və Fələstini danışıqların bərpasına çağırıb

Gunaz.tv
“Sülh danışıqlarının əsasını müstəqil Fələstin dövlətinin yaradılması ideyası təşkil etməlidir” BMT-nin Baş katibi Ban Gi Mun, İsraili və Fələstin muxtariyyətini yaxın vxatlarda sülh danışıqlarını bərpa etməyə çağırıb. O bəyan edib edib ki, danışıqların əsasını müstəqil Fələstin dövlətinin yaradılması ideyası təşkil etməlidir. Qeyd edək ki, ABŞ və Avropa Birliyi, İsrailin baş naziri Binyamin Netanyahunun müəyyən şərtlər daxilində Fələstin dövlətinin yaradılmasının mümkünlüyü barədə bəyanatını alqışlayıb. Fələstin təmsilçiləri isə Binyamin Netanyahunun Qüdsün bölünməsi və qaçqınların statusu ilə bağlı məsələnin müzakirəsindən imtinasını tənqid ediblər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar