SON XƏBƏRLƏR

SEÇKİ QURBANLARININ SAYI ARTDI. TEHRAN UNİVERSİTETİNDƏ YARALANAN 5 TƏLƏBƏ KEÇİNDİ

2021.10.20, 07:36
SEÇKİ QURBANLARININ SAYI ARTDI. TEHRAN UNİVERSİTETİNDƏ YARALANAN 5 TƏLƏBƏ KEÇİNDİ

Gunaz.tv
Prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən Tehran Universiteti tələbələrinin iyunun 14-də keçirdiyi oturaq aksiyanın dağıdılması zamanı yaralanan 15 tələbədən 5-i dünyasını dəyişib. Silahlı hökumət qüvvələri aksiyanı qəfil hücumla dağıtmışdılar. Onlar gözyaşardıcı qazdan, səs qumbarasından istifadə etmiş, sonra tələbələrə odlu silahdan atəş açmışdılar. Nəticədə 15 tələbə bədən xəsarəti almış, 150-dən çox tələbə həbs edilmişdi. həlak olan 5 tələbənin adları da bəlli olub: Fatimə Bərati, Kəsra Şərəfi, Mobina Ehtirami, Kambiz Şüai və Möhsün İmani. Aksiya dağıdılarkən radikal “Ənsari-Hizbullah” qüvvələrinin köməyindən istifadə olunduğu bildirilir. Bu qüvvələri təmsil edənlərin dəyənək, zəncir, beşbarmaq və bıçaqdan yararlandığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar