SON XƏBƏRLƏR

Şanxay sammitində bəyanat imzalanıb

2021.10.20, 07:36
Şanxay sammitində bəyanat imzalanıb

Gunaz.tv
Bu gün Yekaterinburqda toplaşan Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderləri terrorizm və narkotraffikə qarşı birgə mübarizə aparacaqlarını bildiriblər. Habelə dolların müstəsnalığını aradan götürməli yeni ehtiyyat valyutası və üzv ölkələrin milli valyutalarında ticarət aparılması məsələsi də qaldırılıb. Təşkilata Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan daxildir. Düzdür, bugünkü toplantı daha geniş tərkibdə olub - burada Əfqanıstan, Pakistan, Monqolustan, Hindistan liderləri də iştirak ediblər. Ən son anda Yekaterinburqa İran prezidenti Mahmud Əhmədinejad da təşrif buyurub və tədbirdə çıxış edib. Şanxay Əməkdaşlıq Təşkilatının bugünkü zirvə toplantısı nəticəsində Yekaterinburq bəyyannaməsi imzalanıb. Burada üzv ölkələrin enerjidən tutmuş nəqliyyata qədər bir sıra sahələrdə əməkdaşlığa hazır olması bildirilir. Əsas müddəalardan biri maliyyədir - göstərilir ki, təşkilat üzvləri "daha ədalətli beynəlxalq maliyyə qaydalarının formalaşdırılması istiqamətində öz səylərini qücləndirəcəklər". Daha ədalətli beynəlxalq maliyyə qaydaları deyiləndə bir çox liderlər hazırda dolların əsas hesablaşma və ehtiyyat valyutası olmasının problemlər yaratdığını dillərinə gətirirlər. Rusiya prezidenti Dmitriy Medvedev işə yanaşmasını belə açıb: "Heç bir qlobal valyuta sistemi işlədilən maliyyə alətlərin ancaq bir valyutada əks etdirilməsi təqdirdə uğurlu ola bilməz. Bu gün bu valyuta dollardı. Biz əlbəttə ki, beynəlxalq valyuta sistemini tək dolların qücləndirilməsi vasitəsiylə qücləndirməməliyik. Bu sistemi biz yeni ehtiyyat valyutaların yaradılması və gələcəkdə millətlərüstü hesablaşma vasitələrin təsis edilməsi yoluyla qücləndirə bilərik",deyib prezident Medvedev. Rusiya hələlik yeni ehtiyyat valyutalarından biri kimi öz milli valyutası rublu istifadə etməyi təklif edir. Bu arada Qazaxıstan prezidenti Nursultan Nazarbayev daha çox Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradıla biləcək millətlərüstü ödəniş vasitəsinə meyllidir: "Bu ödəniş vahidi təşkilat çərçivəsindəki ticari-iqtisadi hesablaşmalarda istifadə oluna bilərdi. Beləki ya regional valyuta, ya da ehtiyat valyutası qismində çıxış edən milli valyuta artıq arxada qalmış bir sxemdir. Belə sxem öz milli valyutasını ya regional ya da ehtiyat valyutası kimi təklif edən ölkələrin birtərəfli qaydada gəlir əldə etməsi üçün nəzərdə tutulub", deyib prezident Nazarbayev. Yekaterinburq sammitində çıxış edənlər arasında İran prezidenti Mahmud Əhmədineja da olub. Öz çıxışında prezident bildirib ki, indi imperiyalar dövrünün sonudur və bu vəziyyətdə dünyanın idarə edilməsi üçün istifadə olunan köhnəlmiş strukturlar dəyişdirilməlidir. Mahmud Əhmədinejad görə, iqtisadi müstəvidə artıq bu gün yeni ümumi pul vahidinin yaradılmasına hazırlığa başlamaq lazımdır. İran prezidenti Yekaterinburqa hələ dünən gəlməliydi, ancaq son anda o öz səfərini 1 gün təxirə saldı. Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov bildirib ki, İran prezidentinin dərhal seçkilərdən sonra ilk xarici səfərlə Rusiyaya gəlməsi simvolikdir. Nazir müavininə görə, bu ikitərəfli münasibətlərin irəliləyəcəyinə bir zəmanətdir. Bu gün Mahmud Əhmədinejad Rusiya prezidenti Dmitriy Medvedevlə ayrıca görüş keçirib. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin başçıları Mahmud Əhmədinejadı İran prezidenti seçilməsiylə təbrik ediblər. Irandakı prezident seçkilərinin bəziləri tərəfindən heç də birmənalı qəbul olunmamasına isə Rusiya rəsmiləri bildirirlər ki, bu seçkilər İranın daxili işidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar