SON XƏBƏRLƏR

İran adlanan yer inqilab ərəfəsində

2021.10.20, 07:36
İran adlanan yer inqilab ərəfəsində

Gunaz.tv
İran adlanan yerdə prezident seçkisi sonrası içtimai-siyasi gərginlik davam edir. Müxalifət tərəfdarlarının İranın müxtəlif hissəində etiraz nümayişi keçirməsiylə yanaşı dünyada da İran müxalifətinə dəstək aksiyaları təşkil olunur. Konstitusiyaya Nəzarət Şurasınn mübahisəli seçki məntəqələrdəki səsləri yenidən saymaq qərarı müxalifəti heç də razı salmayıb. Müxalifət rəhbəri Mirhüseyn Musəvi bu qərarla razılaşmadığı və prezident seçkisinin yenidən keçirilməsini tələb edib. Lakin mübahisəli məntəqələrdə səslərin yenidən sayılmasına razılıq verən İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi təkrar seçkinin mümkün olmadığını bəyan edib. Bu durumla qane olmayan müxalifət rəhbəri tərəfdarlarını bu günə planlaşdırılan nümayişlərdə iştirak etməməyə çağırıb. Mirhüseyn Musəvi bu qərarı təhlükəsizlik məsələlərini nəzərə alaraq verdiyni bildirib. Müxalifət indiyə qədər keçrilən etiraz aksiyalarında 24 nümayişçinin hərbiçilər tərəfindən öldürüldüyünü bəyan edib. İranda telekanallara nümayişləri yaımlamağa qadağa qoyulub. Telekanallara yalnız hakimiyyətə dəstək aksiyalarını nümayiş etdirmək göstərişi verilib. İrandakı xarici tlelekanllara isə anti-hökumət etirazlarını yayımlamaq və görüntüləri çəkmək qadağan olunub. Hətta bir sıra xarici jurnalistlər İrandan çıxarılıb. Hazırda xarici telkanllar yalnız həvəskar video və telefon çəkilişlərindən istifadə edə bilir. Bunun özü də təhlükəlidir. Hüquq mühafizə orqanlarının açıqlamasına görə, belə video çəkilişi edənləri həbs gözləyir. İran müxalifəti tərəfdarlarının nümayişi isə artıq böyük vüsət almağa başlayıb. Etiraz aksiyaları dünyanın müxtəlif ölkələrində təşkil olunur. Paris, Berlin, Nyu-York, Kopenhagen və digər şəhərlərdə baş tutan nümayişlərdə İran müxalifətinin addımları dəstəklənib, hökümətin həyata keçirdiyi tədbirlər isə pislənib. Nümayişlərdə seçkidə Mirhüseyn Musəvinin qələbə qazandığını, Mahmud Əhmədinecatın saxtakarlıqla yenidən hakimiyyətə gətirildiyi qeyd olunub. İrandakı gərginlik bu ölkənin keçmiş şah rejiminin də ürəyincə olub. Birləşmiş Ştatlarda yaşayan keçmiş şahın oğlu Rza Pəhləvi nümayişlərin artıq inqilab səviyyəsinə qalxdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar