SON XƏBƏRLƏR

Türkiyə və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırır

2021.10.20, 07:36
Türkiyə və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırır

Gunaz.tv
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Bu barədə açıqlamanı şuraya sədrlik mandatını yenicə əldə etmiş Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırır. Avropa İttifaqının bu gün Lüksemburqda keçirilən ümumi və xarici məsələlər üzrə iclasında iştirak edən xarici işlər naziri Əhməd Davudoğlu yenidən Dağlıq Qarabağ problemini gündəmə gətirib və birlik üzvlərini münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləməyə çağırıb. Əhməd Davudoğlu Almaniya və Rusiyada da görüşlər keçirəcək. Onun həmkarları ilə regional və beynəlxalq məsələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə edəcəyi bildirilir. İyunun 18-də isə Birləşmiş Ştatlara getməyi planlaşdıran Əhməd Davutoğlu BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Türkiyə mətbuatının yazdığına görə, xarici işlər naziri şuranın bu aydakı gündəliyinə beynəlxalq maraq və aktuallıq kəsb edən bütün məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin də daxil olmasına çalışacaq. Əhməd Davudoğlu verdiyi açıqlamada bildirib ki, rəsmi Ankara ATƏT-in Minsk qrupu çərçivəsində də bu məsələ üzərində çalışır. «Bir müddət əvvəl Amerika Birləşmiş Ştataların rəhbərliyi ilə bu məsələni müzakirə etdik və belə nəticəyə gəldik ki, bizim ümumi məqsədimiz bu münaqişənini həllinə birlikdə maksimum yardım etməkdir»-- Türkiyənin xarici işlər naziri belə deyib. Əhməd Davudoğlunun sözlərindən belə anlaşılır ki, Ankara ilə yanaşı Vaşinqton da problemin həllində qeyri-kostruktiv mövqedən çıxış edən Ermənistana beynəlxalq təyziqlərin artırılması istiqamətində fəaliyyətini artırıb. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib ki, ölkəsi Cənubi Qafqazda onun üçün əhəmiyyət kəsb edən hər bir prosesin müsbət nəticələnməsi üçün bütün imkanlarından istifadə edir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi və Ankara-Yerevan əlaqələrinin bərpası prosesləri paralel aparılır. Türkiyə-Ermənistan sərhədinin açılmasına gəlincə Brayza bildirib ki, bu, iki tərəf arasında əldə olunacaq razılaşmadan sonra mümkün ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar